img

Uşaqlar vaxtında yatmayınca

GEC SAATLARA QƏDƏR BÖYÜKLƏRLƏ TV QARŞISINDA ZAMAN KEÇİRMƏK,QEYRİ-DÜZGÜN YUXU REJİMİ, UŞAQLARIN SAĞLAM SİNİR-PSİXİ VƏ FİZİKİ İNKİŞAFINA OLDUQCA MƏNFİ TƏSİR GÖSTƏRİR.

Vaxtında yatmayan uşaqlar fiziki inkişafdan-boy,çəki geri qalır,əsəbi, narahat və iştahsız olurlar.Uşaqlar rejimlə qidalandırıldığı kimi,rejimlə də yatızdırılmalıdır.Uşaq üçün normal yuxu saatı 20-00 (yayda 21-00) keçməməlidir! Çünki uşaqlarda böyümə hormonu sintezi ən pik həddə saat 22-00 ilə 5-00 arası və gündüz 12-13-00 arası çatır.Bu saatlarda uşaqlar yuxuda olarsa böyümə hormonu qanda normal həddə olar və belə uşaqlar normal inkişaf edər,immunitetləri möhkəm olar və tez-tez xəstələnməzlər. Ciddi səbəblər olmadan uşaqların yuxu saatı gecikdirilməməlidir.Vaxtında yatması üçün uşaqları yatmazdan öncə yedirmək,oyun oynamaq,televizor və komputer şüalarından uzaq tutmaq,hər gün yatmazdan əvvəl yataq hazırlıqlarını təkrar etməklə yuxuya uşağı psixoloji hazırlamaq lazımdır.Uşaqlarda rejimlə qidalandırma və yatızdırmanın əhəmiyyətini dərk etmək lazımdır.Bundan başqa gecə qidalandırmaları üçün tez-tez oyanan uşaqlar,böyümə hormonu sintezi dayandığı üçün boy və fiziki inkişafdan geri qalır.Buna görə də ilk 6 aydan sonra uşaqlar gecə qidalandırılmamalıdırlar!Bu qaydalara riayət etməyən valideyn irəlidə,"Bu uşaq niyə iştahsız oldu?" "Bu uşaq niyə yuxusuz və əsəbidir?"Bu uşaq niyə yaşıdlarından zəif və boydan geri qalır?" "Bu uşaq niyə yaddaşsızdır?" kimi suallarla üz-üzə qalacaqdır.SAĞLAM OLUN!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img