img

Peyvəndsiz uşaq qalmasın-göy öskürək bəladır

Göy öskürək çox ciddi infeksion xəstəliklərdən biridir.Ümumi soyuqlama-burun axma,hərarətin yüksəlməsi,yüngül öskürəklərlə başlayar və ciddi öskürək tutmaları ilə davam edər.Törədicisi Bordatella Pertussis adlı bakteriyadır.Hava damcı infeksiyası olduğu üçün asanlıqla ətrafa yayılıb digər uşaqları da yoluxdurur.

ƏLAMƏTLƏRİ: Klinik triadası vardır: paroksizmal öskürək tutması,öskürəyin sonunda ani nəfəs durması-repriz,göyərmə və tutmanın sonunda qusma.Göy öskürək tutmaları bəzən aylarla davam edir və uşaq bu xəstəlikdən çox əziyyət çəkir.Ağır öskürək tutmaları səbəbi ilə belə uşaqlarda həmdə Subkonyuktival hemorragiya(gözə qansızma),qabırğa sınıqları,sidiyi saxlaya bilməmək,yırtıqlar və s əmələ gələ bilər.Bundan başqa göy öskürək Pnevmoniya,ensefalit ilə də ağırlaşa bilər.Aparılan müalicələrə baxmayaraq bu ağır xəstəlik hətta aylarla davam edə bilər.Göy öskürəyə yoluxan körpələrdə bu xəstəlik ölümlə də nəticələnə bilər.

Göy öskürəkdə yoluxma müddəti 20 gündür.Xəstə uşaqlar 20 gün ətraf mühitdən təcrid edilməlidirlər.

Müalicəsi antibiotiklə aparılır.Amma aparılan müalicəyə baxmayaraq boğucu öskürəklər aylarla uşağın narahatlığına səbəb olu.

Bu ağır,yoluxucu və bəzən ölümcül infeksion xəstəlikdən tək qorunma üsulu- PEYVƏNDDİR!

Peyvəndələrin yan təsiri kimi 3 gün ərzində ola biləcək hərarətin yüksəlməsi və yerli qızartıdan qorxub,övladını peyvənddən yayındıran valideyn, görəsən,gözü önündə öskürərək boğulmadan əziyyət çəkən övladına,heç bir kömək edə bilməyəcək vəziyyətlə qarşı qarşıya gələrsə vicdanını necə rahatlatacaq?

PEYVƏNDSİZ UŞAQ QALMASIN!!Sağlam olun!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img