img

Uşaqların sağlamlığında aşkarlanan problemlərə səbəb nədir?

“Bu ilin 9 ayı ərzində ölkəmizdə 1 672 556 nəfər uşaq tibbi müayinədən keçib.
Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib. Tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) üstünlük təşkil edir”.  Azadinform.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. Bəs gələcəyimiz olan uşaqların bu cür xəstəliklərlə üzləşmələrinə səbəb nədir? Mövzu ilə bağlı Azadinform-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, bu dünya ölkələrində də belədir:

 “Uşaqlar arasında yayılma tezliyi yüksək olan bu xəstəliklər haqqındakı statistika təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində demək olar ki belədir. Yoluxucu xəstəliklər xaric. Baş Pediatr N. Quliyevin də bildirdiyi kimi respublikamızda yoluxucu xəstəliklər uşaqlar arasında çox yayılıb. Bu xəstəliklər əsasən də qarşısını vaksinasiya ilə almaq mümkün olan bəzi infeksion xəstəliklərdir. Halbuki, dövlət proqramında, vaksinasiya təqvimində uşaqları bu xəstəliklərdən qorumaq üçün profilaktik peyvəndlər vardır. Əgər belə profilaktik tədbirlər varsa bəs bu xəstəliklər niyə çox yayılır? Bir pediatr kimi öz müşahidəmə əsasən deyə bilərəm ki, burda günah həm valideynlərdə, həm də immunologiyadan xəbərsiz bəzi həkimlərdədir. Bəzi valideynlər əsassız qorxuları üzündən uşaqlarına peyvəndlərin vurulmasından imtina edirlər. Bəzi həkimlər isə heç mövcud belə olmayan bəzi yersiz "diaqnozlara" görə uşaqlara peyvəndlərin vurulmasına icazə vermirlər. Nəticədə zərər görən yenə də körpələr olur”.

Pediatr qeyd edib ki, qurd xəstəliklərinin uşaqlar arasında yayılmasına səbəb gigiyena  qaydalarına riayət etməmələridir: “Əsasən 2 yaşdan yuxarı uşaqlar tez-tez gigiyena  qaydalarını pozurlar”.

Onun sözlərinə görə, tənəffüs sistemi xəstəlikləri isə vaxtını daha çox qapalı mühitlərdə (bağçada, məktəbdə) keçirən uşaqlar arasında çox yayılır. Belə ki bağçaya və ya məktəbə gedən uşaqların ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyası keçirməsi normal sayılır.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img