Uşaqlarda qanazlığının bir səbəbi də Talassemiya daşıyıcılığıdır.Talassemiya daşıyıcısı olan uşaqlarda da qan hemoqlobin faizi aşağı olur.Eynən Dəmir defisitli anemiyada olduğu kimi.Amma belə uşaqlarda yalnış olaraq qanı artırmaq məqsədi ilə dəmir preparatlarının istifadəsi körpəyə zərər verə bilər.Ona görə, əgər övladınızda qan azlığı varsa dəmir preparatlarının məsləhətsiz istifadəsindən öncə qan azlığının əsl səbəbini mütləq bilmək lazımdır.Talassemiya daşıyıcılığı haqqında Qanın ümumi analizi vasitəsi ilə bilgi almaq olur.Ümumi analizdə şübhə yaranarsa dəqiqləşdirmək üçün Hemoqlobin Elektroforezi müayinəsi aparılmalıdır.Nəzərinizə çatdırım ki,Talassemiya daşıyıcılığı ciddi bir vəziyyət deyildir,qan azlığından başqa heç bir əlamət verməz.Lakin hər bir valideyn övladının daşıyıcı olub olmadığı haqqında mütləq məlumatlı olmalıdır.Həm yalnış müalicələrə məruz qoyulmamaları üçün,həm də gələcəkdə ailə quracağı şəxs də Talassemiya daşıyıcısı olarsa Talassemiyalı xəstələrin dünyaya gəlişinin önlənməsi üçün.Sadə bir Qan analizi ilə Övladınızın daşıyıcı olub olmadığını öyrənə bilərsiniz.Odur ki,Əziz Valideynlər kontrol Qan analizi verərək övladınızın sağlamlığının keşiyində durmaqdan geri qalmayın! Sağlam olun!