Xarici otit-xarici qulaq keçəcəyinin iltihabıdır.Bütün yaş qruplarında görülə bilər.Daha çox rütubətli iqlimlərdə hovuz və dəniz suyunda üzənlərdə görülür.Xarici qulaq keçəcəyinin iltihablanmasının və travmasının ən sıx səbəbi qulaq qarışdırmaqdır.Nə qaşımaq,nə təmizləmək,nə qurulamaq məqsədi ilə qulağınıza pambıqlı özəl çubuqlar salmaq olmaz.Qulaq özü-özünü təmizləyər,qorumağa,qarışdırmağa ehtiyac yoxdur.
Əlamətləri:
-Qulaqda batma hissi.
-Ağrı.
-Eşitmə zəifliyi.
-Qulaq seyvanini hərəkət etdirərkən ağrının artması.
-Yerli qızarıqlıq,şişkinlik.
-Qaşınma.
-körpənin durmadan ağlaması.
-Travmaya bağlı qanama və s.
Bütün bu əlamətlər varsa mütləq pediatra müraciət etmək lazımdır ki ağırlaşmalar olmasın.Bu səbəbdən ƏZiz valideynlər, qulağı təmizləmək məqsədi ilə körpənin qulağına çöp salmaq qəti qadağandır.Bu həm də xarici qulaq keçəcəyindən ifraz edilən qulaq kirinin təbil pərdəsinə tərəf itələnib toplanaraq,qulaq kiri tıxaclarınln yaranmasına səbəb olur.SAĞLAM OLUN!