img

"ÖSKÜRƏK ƏLEYHİNƏ" siropları körpələrinizə verməyin!

Öskürək-orqanizmin müdafiə reaksiyasıdır.Öskürəklə gedən xəstəliklər:

- Tənəffüs sistemi xəstəlikləri(sinusit,bronxit,pnevmoniya)
-Mədə bağırsaq xəstəlikləri (Reflyuks xəstəliyi)
-Ağciyərlərin irsi,anadangəlmə xəstəlikləri,anomaliyaları(Sekvestr)
-Vərəm
-Allergik xəstəliklər,Astma və s.

Öskürəklə gedən xəstəliklər zamanı əsas səbəbi tapıb səbəbə yönəlik müalicə aparılmalıdır.Yerli yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra,körpələrdə isə obstruksiya,boğulma verə bilər.Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə edilib,uyğun müalicə təyin edildikdən sonra belə öskürək bir müddət hətta 2 aya qədər də davam edə bilər.Müalicənin effektini gözləyərək,əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır.Öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var.Su ən yaxşı bəlğəm durulaşdırıcıdır,uşağın vəzuyyətinin yüngülləşməsində çox kömək olur.

Uzun sürən öskürəklərdə mütləq Reflyuks xəstəliyi,Allergik xəstəliklər,Astma inkar edilməlidir.

Bundan başqa uşaqlarda çox ağır öskürək şikayətləri ilə gedən göy öskürək infeksiyon xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq olunmalıdır.
Beləliklə Əziz Valideynlər,Öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara istifadə etməzdən öncə mütləq Həkimlə məsləhət edin.Sağlam olun!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img