-Heç bir panikə qapılmadan,öncə qızdırmanı ölçməlisiz.38.5 i keçməyən hərarəti düşürməməyə çalışmalısınız.Xüsusi ilə də peyvənddən sonra olan.
-Hərarət 38.5 i keçərsə,ilk tərcih Parasetamol tərkibli preparatlar olmalıdır.Çünki,qeyri steroid iltihabəleyhinə preparatlardan sırf qızdırma salıcı Parasetamoldur.
-Dərman uşağın bədən kq çəkisinə uyğun dəqiq dozalanmalıdır(dərman içində olan şprisin üstündə göstərilən dozalanma aldadıcıdır) və bu dozanı həkiminiz hesablayıb deyir.Odur ki uşağın qızdırması oldusa,mütləq həkiminizlə danışın və ya kontrol müayinsədində bu suallara cavab istəyin.
-Dərmanı verdikdən sonra ən az 1 saatdan tez hərarəti ölçməyin,bu arada uşağı mütləq soyundurun,bədənini ilıq su ilə silin( Qorxmayın,Soyuq olmaz!!)
- Dərman verdikdən 1 saat sonra ölçdükdə,hələ də hərarəti 39 larda görərsəniz,və uşaq riskli uşaqdırsa,dönüşümlü olaraq İbuprofen tərkibli siroplardan istifadə edə bilərsiniz(İBUFEN D)
-Eyni tərkibli hərarətdüşürücünü ehtiyac yarandıqda minimum 4 saat intervalla təkrar istifadə edə bilərsiniz.
- Qusan uşaqlara Parasetamol şam şəklində də istifadə edilə bilər.
-Ən əsası o ki qızdırmadan qorxmayacaqsız.Qızdırma orqanizmin müdafiə funksiyasıdır.Sağlam olun!