-Ciddi bir əsas olmadan Nəcis əkilməsi (Bu müayinə Salmonella və Şigella kimi bakteriyaların təsbiti üçün aparılır, "Stafilokokk, Göbələk, Protey" cavabı yazıb antibiotikə də həssaslıq vermiş labaratoriyalardan qaçın) Hələ bu cavaba əsasən övladınıza antibiotik, "stafilokokk əleyhinə fag", " Göbələkəleyhinə" təyin edilib və bu postdan sonra siz bu dərmanları işlətsəniz gözümə görünməyin))) Əməyə hörmət.))
-Əsnəkdən yaxma (xüsusi göstəriş olmadan, lazım gələndə isə tibbdə bu müayinəni əvəz edən daha sürətli testlər var) (Çıxmış stafilokokk bizim qanımız, canımızdır, düşmənimiz deyil))
-Nəcisin disbakterioza görə müayinəsi (Onsuzda milyardlarla bu floranı saymaq mümkün deyil)
-Qanda yoxlanılan qurd analizləri (Qurdun ünvanı qan deyil, bağırsaqdır və ancaq nəcislə diaqnostika edilir)
-Ana südünün əkilməsi (Ana südündə çıxan "Stafilokokk" normal floradır. Süd zəhərlidir anlamına gəlməz)
-Timus vəzin yoxlanılması (Bəzi cərrahlar əməliyyatdan öncə bu müayinəni niyə istəyir anlamış deyiləm?)
Xoş həftə sonları diləyi ilə?