-Calsium preparatları (Kalsium azlığı qan analizi ilə dəqiqləşdirilmədən bu preparatların istifadəsi zərərlidir)
-Bitki tərkibli qurd dərmanları
-Bitki tərkibli "sakitləşdiricilər"
-Qurd dərmanı ilə yanaşı "Ödqovucu", "Qaraciyərqoruyucu", İşlədici dərmanların verilməsi, uşaqları boşuna "qlizma"edilməsi
-Profilaktik göbələkəleyhinələrin istifadəsi
-"Hipoksiyani" müalicə edən preparatlar
-Yuxugətirici məqsədlə istifadə edilən Qluferal, Fenobarbital, Luminal
-Xüsusi göstəriş olmadan Qızdırmaya bağlı qıcolmadan sonra davamlı qıcolmaəleyhinə dərmanların istifadəsi
-"Beyin təzyiqini" düşürən sidikqovucu preparatlar " Diakarb, Veroşpiron"
-"Timusun ölçüsünü kiçildən" preparatlar
-İmmuniteti artıran preparatlar
-Yersiz Komplex vitamin preparatları
-"Yaddaşı gücləndirən" preparatlar və s.
-Yuxugətirici məqsədlə istifadə edilən "Ketotifen"
-Bişməcələrdə çox yaygın istifadə edilən Leyner mazı (Qadağan olunub)
-ASO, CRP, RF- Revmoprobalar kimi bildiyimiz bu analiz nəticələrinə əsasən qoyulmuş yalnış "Revmatizm" diaqnozu adı altında aparılan "müalicələr"
-İmedis aparatı ilə qoyulmuş "qurd xəstəlikləri" nə görə qəbul edilən o ağ tabaşirə bənzər mənşəyi və "kimliyi bəlli olmayan" "tabletkalar"))
-Yeniyetmə çağı qız uşaqlarında "Yumurtalığın vospaleniyası" "diaqnozu" ilə aparılan müalicələr (Elə bir diaqnoz yoxdur,soyuqdan yumurtalıqlarda "vospaleniya" olmaz)
-"Nevroloji"dərmanlar qəbul edən uşaqlara,bu dərmanların yanında "Qaraciyərqoruyucu"dərmanların verilməsi
-Hər antibiotik preparati ilə birgə istifadə edilən probiotiklər boşunadir ( Uşaqda antibiotik qəbulundan sonra ishal əmələ gəlmə anamnezi varsa verilə bilər)
-"Əmgəyi bağlanmağa qoymayan "preparatlar
-"Diş çıxmağa kömək edən" preparatlar
-Yenidoğulmuşlarda Sarılığı "müalicə edən" dərmanlar
-Uşaqlarda "Həzmi yaxşılaşdıran" dərmanlar