Qida allergiyaları olduqca çox rast gəlinən bir allergik xəstəlik qrupudur. Yüngül, ciddi, ağır və hətta ölümcül reaksiyalara qədər irəliləyə bilər. Uşağınızda bir qida allergiyası varsa onu necə bəsləyəcəyinizi, allergik reaksiya ortaya çıxarsa nə edəcəyinizi bilməniz vacibdir.
Qida allergiyası nədir?
Bir adamda qida allergiyası varsa, bədən immunitet sistemi o qidaya zərərli maddə kimi reaksiya verir. İmmunitet sistemi, allergiyanı təsirləndirən maddələr olan qida allergiyalarına qarşı anticisimlər istehsal edir. Daha sonra bir dəfə daha bu maddə ilə qarşılaşanda yeyərək, toxunaraq bədən bu maddələri zərərli qəbul edib özünü müdafiə məqsədi ilə başda histamin olmaq üzrə bir çox kimyəvi maddə ifraz edir. Bu kimyəvi maddələr tənəffüs sistemi, ürək və qan-dövran sistemi ilə həzm sisteminə təsir edir, allergik simptomlara səbəb olur. Allergik olma tutumu genetik olaraq müəyyən edilir. Bir uşağın bir qidaya allergiyası olub- olmayacağı ilk olaraq reaksiya ortaya çıxana qədər bilinə bilməz. Hansı uşağın qida allergiyası olacağı, hansının olmayacağı əvvəldən bilinə bilməz. Amma bəzi uşaqlar üçün risk faktorları təyin oluna bilər. Həyatın erkən dövrlərində riskli qidalara çox məruz qalan uşaqlarda allergik reaksiya riski daha çoxdur. Ana-ataların uşaqlarında qida allergiyası olmasını tamamilə qarşısının alınması mümkün deyil, amma uzun müddət xüsusilə ilk 6 ay, yalnız ana südü ilə qidalanma və əlavə qidalara 6 aydan sonra başlama, qida allergiyası riskini əhəmiyyətli ölçüdə azaldır.
Bəzi allergik qidalar:
Süd, fıstıq, qoz, qabıqlı dəniz məhsulları, yumurta ağı, balıq, buğda və taxıllar, soya, yer fındığı.
Diaqnoz və əlamətlər:
Allergiyaya səbəb olan qida alındıqdan sonra dəqiqələr və ya 2-3 saat sonra bu əlamətlər ortaya çıxır:
Qızarma, qaşınma, dəridə qabarmalar, üzdə, boğazda, dodaq və ya dildə şişmələr.
Həzm sistemi əlamətləri: Ürək bulanması, qusma, ishal.
Tənəffüs sistemi əlamətləri: Xırıltı, nəfəs çatışmazlığı.
Əgər qida allergiyasından şübhələnirsinizsə mütləq həkiminizlə məsləhətləşin. Həkimin sual və məsləhətləri istiqamətində testlər edilməsi lazım ola bilər. Qida allergiyalarına bənzəyən çölyak xəstəliyi fərqləndirilməlidir. Şübhələnilən qida, pəhrizdən çıxarılaraq edilə bilər. Buna "aradan qaldırılması diyeti" deyilir. Bir qida pəhrizdən çıxarıldığında əlamət itir, yenidən verildikdə yenidən əlamət başlayırsa diaqnoz qoyulmuş olur. Dəri testləri də diaqnozda köməkçidir. Əgər uşaq allergik quruluşda isə qanda xüsusi anticisimlərə baxılaraq (südə, yumurtaya və ya fıstığa qarşı anticisim) diaqnoz qoyula bilər.
Müalicə:
Dərman ilə qida allergiyası müalicəsi edilə bilməz. Əsas müalicə üsulu bu qidanın istifadəsini saxlamaqdır. Eyni zamanda çarpaz allergiyalara da diqqət edilməlidir. Qida allergiyası müalicəsi yoxdur, amma əlamətlər ortaya çıxdıqdan sonra allergiya əleyhinə dərmanlar verilə bilər.
Təcili vəziyyətlər:
Əgər qida allergiyası olduğu bilinən bir xəstədə bu əlamətlər varsa dərhal xəstəxanaya aparılmalıdır:
Ağızda keyləşmə və istilik hissi, qızarıqlıq və qaşınan səpkilər ,nəfəs darlığı, asqırma tutmaları ,qusma, ishal.