Uşaqlarda "qrip" başlanğıcında istifadə edilən Anaferon, interferon, Viferon şam, Oksolin maz, müxtəlif " virus əleyhinə" damcı və ya siroplar effekti sübuta yetirilməmiş dərmanlardır və istifadəsi yersizdir.
"Bəs nə edək?" deyəcəksiniz.
Uşaqda tənəffüs yolu virus infeksiyası başlanğıcını hiss edən kimi otağı havalandırın, nəmləndirin, uşağa bol maye verin, burnunu müxtəlif dəniz suyu və ya zəif duzlu su məhlulları ilə açıq tutmağa çalışın,və o arzulamadığı müddətdə uşağı məcbur qidalandırmayın.