Çox isti günlərdə istilik səpgisindən uzaq qalmaq üçün körpənizi həddindən artıq geyindirməyin.
Yayda uşaqların çox tərləməsi normal haldır, istilik və tər səpgisindən qorumaq üçün onları tez tez çimizdirin.
Geyim üçün bir atlet və uşaq bezi ehtiyacınız olan geyimlərdir.Sintetik parça və nəfəs almayan parçadan paltarlardan uzaq durun.
Yay aylarında qidaların düzgün saxlanılma qaydasına fikir verin və boyat, köhnəlmiş qidaları uşaqlara verməyin.
Tez-tez sərinləmək üçün çimizdirmək körpənizi rahatlaşdıracaq.
Körpənizi hamamda və ya su hovuzunda heç bir zaman tək buraxmayın.
Yay aylarında günün ən qızmar saatlarında uşaqların günəşin altında oyun oynamaları "günvurma" halına səbəb ola bilər. Ehtiyatlı olun.
Çox tərləmə ilə çox su itirdikləri üçün,yayda uşaqlara bol maye verin. Bu adi su ola bilər. Çox şəkərli,enerjili içəcəklər,süni şirələrdən uşaqları uzaq tutun.
Yayda uşaqları yüngül qidalandırın, çox yağlı, ədviyyatlı, yüksək kalorili "fast foodlar"(dönər,hamburger, ve.s), un məmulatları,şirniyyatlar,konserv yeyəcəklər,sosiska,kolbasa kimi qidalardan uşaqları uzaq tutun.
Tərcih olunan yeyəcəklər: meyvələr, tərəvəzlər, turş süd məhsulları,ətdən hazırlanmış, bol tərəvəzli, sağlıqlı yeməklərdən istifadə etməyə çalışın(yay menyuları gunayresulova.com saytında) 2 yaşa qədər körpələrə günəşə çıxmadığı günlərdə profilaktik D vitaminini(1 damla Aquadetrim) mütləq verin.Yay ayları olmasına baxmayaraq uşaqlara profilaktik peyvəndləri təxirə salmayın.
"Yayda uşaqlara D vitamini olmaz(başı bərkiyər), qurd dərmanı olmaz(zəhərlənər), peyvənd olmaz(qızdırma verər), sünnət etmək olmaz, burun-boğaz əti kəsdirmək olmaz(uşağı qan aparar)" kimi yanlış stereotiplərə əsaslanıb vacib tibbi müdaxilələrdən onları uzaq tutmayın.
Sağlam olun!