-Salam həkim,evdə filankəsdə qrip var idi,indi də uşağa keçib nə edə bilərəm?
-Cvb:Burnuna dəniz suyu damlaları və ya serum fizioloji ilə(aptekdən Nacl 0.9% li) ilə burnunu tez tez yuyun,açıq tutmağa çalışın,tıxalı qalmasın,bol maye verin,havada çox tutun,yaşı uyğundursa bol vitaminli qidalandırmağa çalışın,yemirsə məcbur etməyin!
-Salam həkim,uşağın qızdırması var,dərman vermişəm düşmür nə edim?
-Cvb;Uşaq ilk 3 ayındadırsa dərhal həkimə götürün.İlk növbədə həmişə qızdırmanı ölçün,hərarət 38.5 i keçmirsə(1 dəfə qızdırmadan qıcolma olmuş uşaq üçün bu rəqəm 38,37.5 də ola bilər) soyundurun,ilıq su ilə silin bədənini,olduğu otağı sərinləşdirin,düşməzsə,uşağın çəkisinə uyğun dozada Parasetamol sirop verin,və bədənini ilıq su ilə silməkdə davam edin.(Uşağın çəkisini həmişə mütləq bilin) 1 saata kimi gözləyin,hərarət yenə də düşməzsə,çəkisinə uyğun İbuprofen verin.Yenə də düşməzsə təcili yardıma götürün.
-Həkim,Uşaq qusur nə edə bilərəm?
-Cvb;İlk növbədə qızdırması varmı yoxlayın.Qızdırmalı uşağı məcbur yedirməyə çalışsaz qusma riski artacaq.Qusan uşağı da ard arda yedirməyə,dərman verməyə çalışmayın.Qusan uşağa ilk növbədə 3-4 saat aclıq fasiləsi edin.Az miqdar maye verə bilərsiz.3-4 saat sonra az az ,əgər özü istəyirsə az az yüngül qidalandıra bilərsiz.(Düyü həlimi,düyü,qreçka sıyığı yağsız,qatıq,süzmə,buxarda,soyutma tərəvəz,sup-bulyon(yaşı uyğundursa)və s. yenə də qusmağa davam edərsə evdə gözləmədən həkimə aparmalısız.
-Salam həkim uşaq öskürür nə edim?
-Cvb; Həkimə götürün,səbəbə yönəlik müalicə alsın.İlk 3 ayında uşaqdırsa 1 saat belə ləngitməyin
-Salam həkim, Uşaq dərman içib,paraşok içib,fairy içib,düymə udub,qəpik udub,element udub,sancaq udub və s. nə edim?
-Cvb;1 saniyə belə ləngimədən təcili yardım çağırın və ya uşağı təcili yardıma götürün.
-Salam həkim uşağın qarnı gedir nə edim?
-Cvb; Uşaq halsızdır,hərarəti də var,toksik görünümdədir,həm də qusursa həkimə götürün.Aktivdir,maye qəbul edir,yeyirsə, dietinə fikir verin, bol maye verin,qarnı aça biləcək şəkərli qidalar,meyvə şəkərləri,qazlı sular,abur cuburlar verməyin.Rasionunda turş süd məhsulları-qatıq,süzmə,düyü həlimi və s verin.Nəcisində qan,selik,boş gücənmələr, qarında kramp tərzi şiddətli ağrıları,hərarəti də varsa mütləq həkimə aparın.
-Salam həkim uşağın qarnında sancı,ağrılar var nə edim?
-Cvb: Ağrı sağ qalça çuxurunda,ayağa da yayılmış,uşaqda halsızlıq,qarında gərginlik varsa,və ya ağrı ilə yanaşı taxta kimi qarın var,uşaqda qusma(bəzən nəcis qarışıq)nəcis və qaz ifrazı yoxdur,bağırsaqdan qan gəlirsə bu ağrılar cərrahi xəstəlik əlamətləridir və 1 saniyə belə gözləmədən təcili yardıma getməlisiniz.
Qarın ağrısı çox vaxt funksional səbəblərdən ola bilir,qaz sancısı,uşağın yediklərindən,birdən birə çox yeyərsə,kak eləməzdən öncə,həyəcanlanan zaman,məktəb yaşlarda məktəbə getməzdən öncə və s olursa səbəblərə yönəlik tədbirlər planlı şəkildə görülə bilər.Qurd xəstəlikləri,Sidik yolu infeksiyaları da uşaqlarda qarın ağrılarının sıx səbəblərindəndir.
-Salam həkim uşaq yıxıldı nə edək?
-Cvb; Hansı hündürlükdən?Bərk yerə dəydi? Yıxıldıqdan sonra qusma,huş itirmə, halsızlaşma,avazıma görüldüsə,və ya yıxılan uşaq körpə uşaqdırsa mütləq həkimə götürməlisiniz.Yıxılan uşaq böyük yaş qrupu, zədə səthi açıq çirklənmiş formada yaralanmışsa tetanus əleyhinə peyvənd araşdırılmalı,yara yerindən durdurulmayan qanama,yıxıldıqdan sonra əldə və ya ayaqda hərəkət məhdudluğu da əmələ gəlmişsə yenə də vaxt itirmədən həkimə getməlisiniz.
Ardı var...