img

Diqqət edək !

Uşaq olan evdə, uşaqla səyahətə çıxarkən, əsas da Nabrana gedəndə ( Məncə Azərbaycanın ən sağlam, heç xəstələnməyən insanları Nabranda yaşayır.Orda Aptek tapmaq olmur) ƏCZAÇILIQ QUTUNUZ ("Apteçka") və içində minimum bu ləvazimatlar mütləq olsun;

 -Spirt,yod,pambıq,steril bint,qayçı

 -Termometr(elektron)

 -Hərarət düşürücü,ağrıkəsici (Parasetamol,İbuprofen sirop)

 -Smekta (adsorbent)

 -Enterol (ishal əleyhinə)

 -Rehidron( qusma,ishal varsa itirilən mayeni bərpa etmək üçün)

 -Birdəfəlik imalə

 -Burun damlası (dəniz suyu damlaları)

 -Bişməcə, günəş yanıqları,həşərat dişləmələri,açıq və sulanan yaralar üçün məlhəmlər (Həkiminizlə məsləhətləşib alın)

 -Allergiya görə dərman. Arı və ya həşərat sancmasına allergik reaksiya ola biləcəyi üçün qutuda allergik reaksiya əleyhinə bütün tədbirləriniz mütləq olsun(Təyinatı Həkiminizlə məsləhətləşin)

 Arzu edirəm həm evdə,həm səyahətdə bu qutuya heç vaxt ehtiyacınız olmasın,tətilləriniz yarıda qalmasın? Sağlam olun!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img