Diş çıxararkən körpələr çox narahatdır. Ağızdan çox su axar,əllərinə keçən hər şeyi ağızlarına alırlar,yuxu problemləri olur,qulaq qaşınması,diş əti qaşınması ola bilər.Dişlər çıxdıqdan sonra bu əlamətlər itir.Bu dönəmdə damaq qaşıyıcıları,soyuq qaşıq,nəm və soyuq parça istifadə edilə bilər.
Körpələrdə və uşaqlarda diş çürüklərini necə önləmək olar?
-Karbohidrat(şəkər) tərkibli sular və əlavə qidalardan uzaq durulmalı,xüsusilə yatmazdan öncə uşaqlara şirin su,çay, qətiyyən verilməməlidir.
-Körpənin qaşığı paylaşılmamalı,əks halda zərərli bakteriyalar körpəyə keçər.
-Analar uşağın əmziyini ağızda isladıb uşağa verməməlidir.Əmzik bal,mürəbbə kimi qidalara batırılıb körpəyə verilməməlidir.Şəkər dişi çürüdən zərərli bakteriyalar üçün qidalı mühitdir.
-Ailə üzvlərinin,baxıcıların diş çürük və kariesləri erkən müalicə edilməlidir.
- Uşaqlara, tərkibində Rafinə şəkər olmayan təbii meyvə,tərəvəz,taxıllar,süd,pendir,qatıq və basqa süd məhsulları bol bol verilməlidir.
-Mümkün olduqca şüşə yerinə fincan istifadə edilməli,əmzikdən uzaq durulmalıdır.
-Uşaqlara barmaq əmmə,dırnaq yemə kimi zərərli vərdişlər tərgidilməlidir.
-Uşaqlarda diş təmizliyinə diqqət edilməlidir;
1 yaş aşağı uşaqlara-Yumuşaq bir fırça və ya barmağa sarılmış yumuşaq bintlə dişlər təmizlənilməlidir
1-2 yaş Ailə tərəfindən dişlər fırçalanmalıdır
2-6 yaş Flor tərkibli diş fırçaları ilə gündə 2 dəfə dişlər fırçalanmalıdır (erkən yaşda ailə nəzarəti ilə)
SAĞLAM DİŞ-SAĞLAM ORQANİZMDİR.
#pediatr #sağlamkörpə #körpəm #sağlamdiş #dişlərəqulluq #uşaqsağlığı #günayresulova #uşaqhəkimi