-Düzgün dozalanmaya diqqət edilməlidir.Qızdırmasalıcı daxil,digər dərmanlar dozalanma düz olmasa müalicəvi effekt vermir
-Uşaq reseptində mümkün qədər sadəcə müalicə edici dərmanlar olsun.Simptomatik dərmanlar( vitamin,öskürəkəleyhinə,yersiz kalsium siropları,ağrıkəsici,"immunitetartırıcı"qurd dərmanı yanında "qaraciyərqoruyucu",ödqovucu,bağırsaqdan qurdu qovan,bağırsaqda ölən qurdları dəfn edən,qurdu ölməyinə peşman edən, antibiotik yanında "göbələkəleyhinə,vitamin,bağırsaq florasını artıran dərmanlar vəs vermək lazım deyil) hamısı eyni arada yazılmamalı.Uşaqlar eyni zamanda 1 neçə dərman içəndə ürəkbulanma,qusma halları baş verə bilər və beləliklə uşaq müalicəedici dərmanı içməz və ya valideyn dərmanlardan 1 i ilə idarə etməyə çalışır və uşaq əsl alması lazım dərmandan məhrum qalır.
-Xəstəyə ala bilməyəcəyi bahalı dərmanlar yazılmamalıdır.Hələ bizim kimi dərmanları, xəstənin öz cibindən aldığı bir ölkədə.(məsələn,nəcisi yaşıl görən kimi stafilokka boş boş bahalı və effektsiz bakteriofagların təyini,boğazda çıxan stafilokokka bakteriofagla inhalyasiya yazanını da gördük)Dərman yazarkən bənzər dərmanlardan mümkün olan ən ucuz olanını tərcih etmək lazımdır.Bahalı dərmanı ya heç almazlar,ya da əksik alarlar ki bu müalicəyə mənfi təsir edir
-Mümkün qədər müalicə kursunu qısa seçmək lazımdır.Uşaqlara uzun müddət dərman içirmək çətindir.(məsələn,aylarla boş kalsium dərmanı,vitamin,balıq yağı,3 günlük qısa kurs əvəzinə uşağa 1 ay bitki tərkibli qurd dərmanını vermək,homeopatik və ya basqa alternativ effekti sübutsuz dərmanlarla aylarla "bədənini gücləndirib,nerviləri sakitləşdirən"müalicələrin uşaqlara təyinatı məsləhət deyil.
-Mümkün qədər günlük qəbul sayı az olan dərman seçilməlidir.Qəbul sayı gündə 1-2 dəfəni keçməsin.( belə halda olan bağça müəllimələrinə olur,hamı əlində "apteçkalarla"dərmanları bağçada qəbul etməli olurlar)
-Uşaqlara dərmanları invaziv yollarla( iynə şəklində,şam şəklində) deyil,mümkün qədər ağızdan içmə şəklində təyin etməyə çalışılmalıdlr.
-Mümkün qədər dadı yaxşı olan dərman seçilməlidir ki,acı dadlı dərmanları uşaqlara içirmək işgəncədir
Heç bir uşaq dərman içmək,heç bir həkim də dərman yazmaq məcburiyyətində qalmasın