Çox sevdiyimiz çayın tərkibində bağırsaqlardan qida ilə alınan dəmirin mənimsənilməsini pozan tannin vardır.Bu səbəbdən çox çay içmək dəmir azlığına bağlı anemiyaya(qanazlığı) səbəb olur. Xüsusilə uşaqlara çay,koffe,kakao kimi tərkibində həm də psixostimulyator olan qidaların verilməsi onlarda qanazlığı,iştahsızlıq,əsəbilik,sinir oyanıqlığı,yuxu pozğunluğu yaradır,şirin çay həm də uşaqlarda erkən diş çürümələri,artıq çəki,şəkərli diabet riski,gələcəkdə ürək damar xəstəlikləri riski yaradır.Uşaqlara çay,şirin çay,abur cubur vermədən,dolmadan,xaşdan dadızdırmadan da yaxşı nənə baba,ana ata olmaq mümkündür.
Çay əvəzinə uşaqlara bol su verməniz onlar üçün daha sağlıqlı hesab edilir.
Sağlıqlı yaşayaq,sağlam olaq!