"Həkim bu uşağın tez tez "çöpü" qalır,demək olar ki hər ay.Aparırıq çöpçü çöpünü çıxarır,2-3 gün içində uşaq sappasağlam olur"
Uşaqlarda rast gəlinən periodik olaraq təkrarlanan qızdırma sindromlarını valideyn (bəzi həkimlər də) "çöp" olaraq bilir və aldanırlar.Əslində bu hal nədir?Periodik qızdırma,müntəzəm olaraq konkret vaxt aralıqlarında uşaqlarda çox yüksələn(38-41 dərəcə)qızdırma hallarıdır.Uşaqlarda ən sıx görülən periodik qızdırma sindromlarından PFAPA sindromunu örnək göstərmək olar (başqa,FMF xəstəliyi,Tsiklik neytropeniya və.s)
PFAPA sindromunu valideyn bəzən "bu uşağın hər ay boğazı gəlir,yüksək qızdırması olur,antibiotik də təsir etmir" kimi də təsvir edir.
PFAPA sindromunun əlamətləri;
-Periodik,təxminən hər ay və ya 1-2 həftədın bir eyni vaxtlarda yüksələn səbəbsiz qızdırma(çox zaman valideyn uşağın qızdırmalanacığı günləri öncədən təxmin edir)
-Aftoz stomatit(təkrarlanan ağız içi yaralar)
-Faringit(boğazda qızarma)
-Adenopatiya(boyun bölgəsindəki limfa düyünlərinin böyüməsi)
Bu sindrom zamanı uşaqda düşürülməsi çox çətin,müalicələrə baxmayaraq 4-5 gün sürən yüksək qızdırma,ayaqda,oynaqda,qarında ağrı,halsızlıq kimi hallar olur.Çox vaxt belə uşaqları "boğazında artıq əti var" "Tez tez çöpü qalır"kimi təsvir edirlər.Belə uşaqların əksəriyyəti "artıq ətdən əməliyyat olunmuş"uşaqlar olur.Tonzillektomiya əməliyyatından sonra uşaqların 50 faizində yaxşılaşma ola bilər,50 faiz də isə simptomlar qalıcı ola bilər.Qızdırma düşdükdən sonra belə uşaqlar çox aktiv və sağlam olurlar.Bu xəstəlik uşağın fiziki inkişafına təsir eləmir."PFAPA sindromu"diaqnozu digər periodik qızdırma (FMF,tsiklik neytropeniya) sindromları da inkar edildikdən sonra qoyulur.Müalicəsində,bu diaqnoz qoyulmuş uşaqlara qızdırma ataklarını önləmək üçün qızdırma öncəsi kortizol inyeksiyası profilaktik olaraq vurulunca bu xəstəlik simptomlarını tamamailə önləmək mümkündür..Anlaşılan,çarə çöpçülərdə deyil..
#Anaməniçöpçüyəaparma