⚠️Yeni doğan körpə üçün ən ideal qida ana südüdür.
✅Uşağın ana südü ilə bəslənməsinin saysız faydaları vardır.
✅Ana südünün xüsusiyyətləri?
✔️Ana südü tək başına ilk 4-6 ayda D vitamini xaricində körpənin bütün qida ehtiyaclarını qarşılayar.
✔️İnək südünə və hazır mamalara görə həzmi çox daha asandır. Çünki ana südü körpədə tapılmayan və həzmə köməkçi olan fermentləri (lipaz, amilaz kimi) ehtiva edər.
✔️Körpənin böyümə və inkişafı üçün lazımlı mineralların (sink, dəmir) emilimini asanlaşdırar.
✔️Ana südündə körpənin böyüməsində çox əhəmiyyətli olan maddə (linoleik turşu) inək südündən 8 qat daha çoxdur.
✔️Zülal və mineral miqdarı inək südünə görə daha azdır. Ancaq ana südündəki bu miqdar, körpənin ehtiyacını qarşılamağa kifayətdir.
✔️Ana südündəki anticisimlər körpəni mikroblu xəstəliklərə qarşı qoruyar. Bu səbəblə ana südü ilə bəslənən körpələr ishal, öskürək, soyuqdəymə və digər sıx görülən yoluxucu xəstəliklərə daha az tutular.
✔️Vitamin xüsusilə A və C vitaminləri inək südünə nisbətlə daha yüksəkdir.
✔️Körpəsini öz südü ilə bəsləmə ana-uşaq əlaqəsini qüvvətləndirərək,onlar arasında müsbət psixoloji bağlılıq yaradır.