✅Raxit, sadəcə uşağın üzünə baxaraq qoyulan diaqnoz deyil.✔️Bir az çox tərləyən, alnı qabağa gələn, bir az döş qəfəsi batıq olan, əmgəyi açıq, hər ayağı bir az əyri olan, dişi bir az gecikən uşaqlara təəsüf ki, heç bir analiz edilmədən bu diaqnozu qoyub "kalsiumla" "müalicə" başlanılır ki, bu çox böyük yanlışdır.
✔️Raxit vitamin D əksikliyi xəstəliyi olub, başın alın və təpədən böyüməsi, əmgəyin normadan böyük olması və 18-24" aydan gec bağlanması, kəllə tikişlərin geniş olması, başda "kraniotabes" adlı yumuşaqlığın olması, sümüklərdə, əsasən qabırğanın döş sümüyünə birləşən yerində xüsusi sümük qalınlaşmasının əmələ gəlməsi, yeriyən uşaqlarda O və X-vari ayaq, böyük qarın və s. əlamətlərlə gedir.✔️Həkim müayinədə uşaqda "Raxitdən" şübhələnirsə, bu şübhəni dəqiqliyə gətirmək üçün bir neçə analizlər verilməlidir.✔️Analiz nəticələri də uyğun gəlirsə o zaman Raxit diaqnozu qoyulub D vitaminin yüksək dozası ilə 5-6" həftəlik müalicə başlanılır.