✅Qastroenterit hallarının əsas səbəbi uşaqlar arasında Rotavirus olaraq görülür.
✅Analar ilk növbədə qusan və qarnı gedən uşağa bol maye verməyə çalışmalı, hərarət varsa hərarətdüşürücü verməli, uşaq yeməkdən imtina edirsə məcbur etməməlidirlər.
✅Qusma inadlı hal alar, qızdırmanı da düşürmək mümkün olmazsa mütləq həkimə müraciət etməli, ehtiyac olarsa venadaxili müalicə və bir sıra müayinələr olunmalıdır.
✅Yayılmış bu infeksiyalardan uşaqları qorumaq üçün xəstə uşaqla təmasdan uzaq tutmalı, abur cubur və başqa təhlükəli yeyəcəklər uşaqlara verilməməli, uşaqların tez tez əlini yumalı, meyvə tərəvəz yaxşı yuyulmadan uşaqlara verilməməlidir.