2 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?
✔Qarnının üstünə qoyub qabağına oturub oyuncaq sallandırın, başını daha uzun müddət yuxarıda tutacaqdır.
✔Əlinə müxtəlif maddələrdən düzəldilmiş cisimlər (kağız, jelatin, məxmər, ipək, neylon və s) toxundurun.
✔Müxtəlif səslər çıxararaq danışın, tək hecalı səs çıxarmasını sürətləndirin.
✔Rəngli cisimlər və ya barmaqlarınızı izlətdirin.
3 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?
✔Qarnının üstünə daha uzun müddət uzada bilərsiniz. Beləliklə, qol və çiyin əzələlərinin güclənməsini təmin edə bilərsiniz. Başını daha uzun müddət dik tutacaqdır.
✔Dairəvi naxışlar diqqətini çəkər. Bu səbəbdən də insan üzü çox diqqətini çəkir.
✔Əlinə müxtəlif maddələrdən düzəldilmiş cisimlər (kağız, jelatin, məxmər, ipək, neylon və s) toxundurun və diqqətini çəkmək üçün əlinə zınqırov verin.
✔Uşağınıza mahnı oxuyun. Musiqili səslərdən xoşu gələr.✔️Müxtəlif səslər çıxararaq danışın, tək hecalı səs çıxarmasını sürətləndirin.
✔Rəngli cisimlər və ya barmaqlarınızı izlətdirin.