✅Uzun və xəstəlikləri ilə yorucu qış fəslini geridə qoyduq. Ən vacib, həkimlə ən çox danışılan mövzu isə "Necə edək bu uşaq xəstələnməsin?" oldu.
✅Təəsüf ki, baş verə biləcək xəstəlik hallarını önləmək üsulları tibbə hələ məlum deyil. Bəlli bir infeksion xəstəliklərdən qorunmaq üçün peyvəndlər xaric.
✅Lakin mövsümün çox yayılmış xəstəliklərindən olan Allergik xəstəliklərin müəyyən qədər qarşısını almaq, uzun müddətli remissiya (xəstəlik əlamətləri olmadan keçən dövr) almaq mümkündür. Əsas o ki uşaqlarda Allergik xəstəliklərin əlamətlərini bilərək vaxtında müraciət edilsin.
⚠️Uzun müddət uşaqda davam edən "qripəbənzər" əlamətlər.✔️Burun axma, asqırma, burun tıxanıqlığı, burun və göz qaşınmaları və.s;
✔️Boğucu və uzun sürən öskürəklər, xüsusən uşaq qaçarkən, ağlayarkən tutan nəfəs darlığı;
✔️Gecə öskürəkləri;
✔️Dəridə köpəşmiş, qaşınan, yandırıcı səpgilərin, atopiya olması
✔️Ailədə allergik xəstəliklərin varlığı və.s simptomlar varsa mütləq mütəxəssisə müraciət edin.