Əgər siz övladınıza Hepatit B əleyhinə peyvənd vurdurmasanız, və bu qədər yayılmış infeksiya olduğu ölkədə, övladınız bu virusa yoluxarsa, və bu virus uşaqda ən gec 15 il sonra qaraciyər sirrozu ilə nəticələndikdə, düşünün, bunun günahkarı siz olacaqsınız. Peyvəndi 0,2,4 aylarında 3 dozada vurulur. Qoruyuculuq 25 ilə kimidir. Peyvəndin effektivliyi 95 faizdir.
Hepatit B xəstəliyi - Hepatit B virusunun səbəb olduğu, sirroz və qaraciyər xərçəngi kimi ölümcül xəstəliklərə yol açan ciddi bir qaraciyər infeksiyasıdır. Körpələr və uşaqlarda Hepatit B xronikləşməyə daha yatqındır. Əlamətlər çox zaman hiss edilməyə də bilər. 2015 ci ildə Hepatit B nin ağırlaşmalarından dünyada 887.000 ölüm qeydə alındığı deyilir.
Əlamətləri;-Qarında ağrı-Qızdırma-sidiyin tündləşməsi-Sarılıq-İştahsızlıq,ürəkbulanma-Zəiflik,yorğunluq-Oynaq ağrısı və.s
Xoşlamasanız da, qorxsanız da, istəməsiniz də, övladlarınıza peyvəndlərini mütləq vurdurun