img

"Soyuqlama" yoxsa Qrip?

"Uşağı soyuğa vermisən?"
"Soyuqlama" yoxsa Qrip?


Uşaqlarda soyuqlamanın ən önəmli səbəbi Rinoviruslardır. Xüsusilə də məktəb yaşlı uşaqlarda, toplum içərisinə çıxan uşaqlarda görülür. Xüsusi bir müalicəsi olmayan bu virusların səbəb olduğu xəstəliklərdən qorunmanın ən praktik yolu, əl təmizliyinə ciddi fikir verilməsidir. Xəstəliyin ilk əlamətləri asqırma və burun tıxanıqlığıdır.Bundan başqa,burun axıntısı, ümumi halsızlıq, öskürmə, baş ağrısı, boğaz ağrısı da ola bilər. Xüsusi bir müalicəsi yoxdir. Məqsəd, infeksiyanın yol açdığı şikayətlərin azaldılmasıdır. Burunu açıq tutmağa çalışmaq, bol maye qəbul etmək, tez- tez əlləri yumaq, xəstələrin olduğu ortamlardan uzaq olmaq məsləhətdir. Soyuqlama zamanı qripdən fərqli olaraq çox vaxt hərarət normal olur. Qrip virusu zamanı isə, hərarətin yüksəlməsi, əzələ,oynaq ağrıları tez tez müşahidə olunur. Qrip virusu ilə xəstələnmə zamanı bronxitlə və pnevmoniya ilə ağırlaşma ola bilər. Ümumi soyuqlamadan fərqli olaraq qripin qarşısını peyvəndlə almaq mümkündür.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img