"Biz şirin çay içdik noldu ki?" "Mən uşaqlarıma hər gecə kəmşirin çay vermişəm, turp kimidirlər, boş sözlərdir"
"Sarılığı var, qlükoza ver"
"Bir az kökəlsin, şokolad ver".
Filankəsin uşağı toppuşdur, mənimki zəif qaldı .
Qaynanam deməsin, uşağa yaxşı baxmır, "Yeməyi çörəksiz yemə, a bala, çörək ye, çörəkkk!!!"
Dünən liftin qarşısında bir Ana uşağın əlinə şokolad verib "ye dəəə, ye qurtar!!!" dediyinə şahid oldum.
"Ay doxdur, soskasına batırıb azca vareni, bal verirəm"
Və günlərin bir günü. "Doktor bu uşaq halsızdır, sidiyə çox gedir, çox su içir, iştahı yaxşıdır yeyir amma arıqlayır, ağızından aseton qoxusu gəlir. Gecələr yerini islatmağa başlayıb,qarın ağrısı şikayətləri var və. s gəldiyində "Şəkərli Diabet" aşkarlandıqda ,
"Aaaa, niyə oldu ki?" Deməməmiz üçün UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.
Şəkərin Diabet xəstəliyi ilə birbaşa əlaqəsi olmasa da, dolayı yolla bu xəstəlik riskini ciddi olaraq artırdığı üçün, uşaqları şəkərdən uzaq tutun. Şəkərin səbəb olduğu ciddi xəstəliklərdən sadəcə birisi Diabetdir.Daha başqaları da var..Bu səbəbdən uşaqlar üzərində olan əsas məsuliyyətlərinizdən biri də onları şəkərdən uzaq tutmaq olmalıdır.