"Əşşi gül kimi qızdır başqasına niyə verək özümüzə olsun". "Hal bilən olsun" deyərək etdiyiniz " məntiq" evlilikləri GENETİK ÖTÜRÜLƏN BİR SIRA XƏSTƏLİKLƏRİN EPİDEMİYASINA SƏBƏB OLUR! Size qohum evliliklərində doğulan uşaqlarda görülə biləcək xəstəliklərdən danışacam ki, sonra "QİSMƏT BELƏ İMİŞ"deməyəsiniz. Qohum evliliyi fikriniz varsa, bu haqqda bir daha düşünəsiniz. Qohum evliliklərində genetik xəstəliklər arasında, əsasən, autosom-resessiv ötürülən xəstəliklərin uşaqlarda görülmə riski artır. Qohum evlilikləri ilə doğulan uşaqlarda həmçinin əqli gerilik, korluq, karlıq olması riski də artır. Ciddi əqli gerilik qohum evlilikləri ilə ona görə əlaqəlidir ki, autosom-ressesiv ötürülən çox xəstəliklərdə yüngül əqli gerilik vardır. 1- ci dərəcə qohum evliliklərində uşaqların anadangəlmə qüsurlarla doğulması riski normal populyasiyadan 2 dəfə çoxdur. (4-6 %, normal populyasiyada isə 2%) Birinci dərəcə qohum evliliklərində, ölüdoğulma və körpə ölümü riski də vardır;Bundan başqa bu uşaqların 4-6 %inin doğum defektləri ilə doğulma riski var.
Qohum evlilikləri səbəbi ilə uşaqlarda ən sıx görülən xəstəliklər:
FENİLKETONURİYA-( ağır zəka geriliyi, ömür boyu müalicə - dieta təqib)
KİSTİK-FİBROZ( təkrarlayan ağciyər infeksiyaları, ishal qidalanma pozğunluğu və mədəaltı vəzin çatmazlığına gedən bir xəstəlikdir)
KONJENİTAL-ADRENALHİPERPLAZİYA( ağır su duz itirməsi, qızların xarici cinsiyyət orqanlarında erkək yönündə dəyişiklik, ömür boyu hormon müalicəsi lazım olan bir xəstəlikdir)
SPİNAL-MUSKULER ATROFİYA ( SMA) (irəliləyən əzələ gücsüzlüyü, südəmər usaglarda hətta ölümlə nəticələnə bilən,onurğa beyin ön buynuz hüceyrələrinin itirilməsi səbəbi ilə olur ve müalicəsi yoxdur)Hər iki tərəf talassemiya xəstəliyi daşıyırsa, (bu qohumlar arasında daha çox görülür) uşaq ağır TALASSEMİYA xəstəliyi ilə doğula bilər.
ORAQVARİ-HÜCEYRƏ ANEMİYASI ( qanın parçalanması, ağır anemiya)
VƏ ARTIQ GECDİRSƏ; (nişan,söz zad olubsa) Qohum evliliyi edəcək olan cütlüklərə məsləhətlər:
1.Ən sıx görülən genetik xəstəliklərə görə yoxlamalardan keçsinlər.
2.Hamiləlik USM və 3lü test ilə izlənməlidir.
3.Yeni doğulan kőrpədə topuq testi və hətta genişləndirilmiş metobolik tarama testi edilməlidir.
4.Kőrpə doğulduqdan sonra inkişaf yőnűndən dəyərləndirilməli ikinci bir hamiləlik űçűn ən az 3-4 il gőzlənməlidir.Adını tələffüz belə edə bilmədiyiniz xəstəliklər həyatınızın dəyərli bir parçasına çevrilməsini istəmirsinizsə,kimlərinsə tövsiyyəsinə uymayın,QOHUM EVLİLİYİ ETMƏYİN!