Uşaqlar arasında qusma, ishal çox yayılıb. Ehtiyatli olaq, əziz Analar!
Uşaqlarn əl gigiyenasına ciddi fikir verməlisiniz, tez-tez əl yuma vərdişi qazandırmaq, yeməkdən öncə və sonra xüsusilə əlləri təmiz yumaq, yaxşı yuyulmamış qidaları, hazır, çiy ətli qidaları, köhnə, boyat yeməkləri, fast foodlari, abur cuburlari uşaqlara verməməyə çalışın. Xəstə usaqları bağçaya, məktəbə aparmamaq, xəstə ilə saglam uşağın kontaktini kəsmək lazımdır. Qusan uşağın mədəsinə dinclik vermək, məcburi nəsə yedirməyə, icirməməyə çalışmaq, özü yemək istəyincə də, yüngül, asan həzm edilən (süzmə, qatıq, soyutma kartof, banan, bulyon sup, suda düyü, qreçka və s.) qidalardan az-az yedirmək lazımdır. İshalı olan uşağa bol maye vermək, elektrolit dəstəyi (həkimlə məsləhətləşib) etmək. Qusma,ishal inadlı hal alarsa mütləq uşağı Pediatra aparmaq lazımdır. Saglam olun!