ÖZÜNÜZÜ DAİM YORĞUN HİSS EDİRSİNİZSƏ..
Deməli siz:
- Düzənsiz yaşayırsız
- Az yatırsız və ya rejimsiz yatırsız
- Depressiya və stressdəsiz
- Vitamin və mineral əksikliyiniz var.
- Alkoqol və digər spirtli içki alışqanlığınız var
- Sağlıqsız qidalanırsız (fast food, abur-cubur, yanlış diet programları, un və şəkər məmulatlarının ifrat istifadəsi və s)
- Az hərəkət edirsiz
- Aşırı sigaret istifadə edənsiz
- Aşırı çalışırsız, istirahət etmirsiz və ya az istirahət edirsiz
- Hər hansı bir somatik xəstəliyiniz var (infeksiyalar: virus və bakteriyal, bağırsaq qurdları və parazitlər, bruselyoz, "zob xəstəlikləri": hipo, hipertireoz, qanazlığı, sistem xəstəliklər, ağciyər, böyrək, qaraciyər, ürək xəstəlikləri, qəbul etdiyiniz hər hansı bir dərmanın yan təsiri və s)
Nə etməlisiz?
- Xoşbəxt olmaq üçün ən kiçik səbəbləri belə görməyə çalışın
- Az və sağlıqlı qidalanın
- Mütləq vaxtında və gündə ən az 8-9 saat yatın
- İşdən əlavə istirahətə mütləq yer ayırın
- Bol su için
- Mümkün olduğunca təmiz hava və çox hərəkət etməyə çalışın
- Zərərli qida və içki alışqanlıqlarını tərgitməyə çalışın
- İldə 1 dəfə həkim müayinəsi və minimal CHECK UP-dan keçməyi unutmayın.