img

Uşaqlarda İNAQ xəstəliyi

Son günlərin qəbula təcili müraciət edən uşaqların əksəriyyətinin şikayəti, ani başlayan boğucu, hürücü və çox kobud öskürək şikayətidir ki, valideynlər təşvişlə uşağı həkimə qaçırmalı olurlar.

Nədir bu qorxulu vəziyyətin adı?
Bu xəstəliyin adı İNAQ, yəni, kəskin laringotraxeitdir.
İnaq parainfluenza virus tərəfindən törədilən kəskin üst tənəffüs yolu infeksiyasıdır.

Bu xəstəliyin əlaməti nədir?
Uşaqda boğulma, göyərmə, kobud hürücü səslə öskürək şikayəti, qızdırma olur.
İnaq tutması zamanı valideyn uşağı təmiz və nəmli havaya çıxarmalı, təcili tibbi yardım çağırmalı və ya yaxınlıqdakı tibb müəssisəsinə təcili müraciət etməlidir. İnaq zamanı təcili müdaxilə olaraq uşağa inhalyasiya həkim nəzarətində təyin olunur.
Ağır vəziyyətlərdə stenozlasan forma laringotraxeit olmasın deyə belə uşaqlar boğucu öskürək, inaq tutması keçənə qədər həkim nəzarətində olmalıdırlar.
 


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img