Böyümə ağrıları nədir?
Uşaqları gecə yuxudan oyadan, 20 dəqiqəyə qədər davam edən, əsasən bud, baldır, diz çevrəsində olan, massajla, teskinliklə, bir az rahatlatmaqla keçən ağrılardır. Əsasən 3-6 yaş arası olur. Bu ağrıların əslində böyümə prosesi ilə bir əlaqəsi yoxdur. Böyük ehtimal aşırı hərəkətli bir günün sonunda əzələ yorğunluğuna bağlı olan ağrılardır.
Uşaqlara çox hərəkət etdiyi üçün ağrıdığını söyləmək olmaz, yoxsa oyun oynamaqdan qorxaraq, fiziki hərəkətlərdən yayına bilər. Bu ağrıları onlara “böyümə ağrısı” kimi də açıqlamayın, böyüməkdən qorxmalarına hətta yeməkdən kəsilmələrinə səbəb ola bilər.
Ayaqda ağrılar gün boyu da davam edir, sadəcə bir ayaqda ağrı varsa, topallama, axsama, yeriməkdə çətinlik, ağrı yerində şişkinlik, hərarət, qızarıqlıq varsa, bu ağrılar ağrıkəsici tələb edəcək qədər güclü və 3 yaşdan erkən başlamışsa mütləq həkim müayinəsi edilməli, altda yatan ola biləcək ciddi xəstəliklər inkar edilməlidir.
Qeydiyyat: 055 703 27 79
Həkimlə əlaqə: 070 673 83 81