img

Müayinəsi normal uşaqlarda tez-tez görülən hallar

Müayinəsi normal uşaqlarda tez tez görülən və əslində tamamən normal hesab edilən hallar

-Əl ayaq tərləməsi
-Başın isti olması
-Körpələrin dilini tez- tez çölə çıxarması
-Başda tərləmə
-Ağızdan çox su axma
-Körpənin əlinə keçən hər şeyi ağızına aparması
-Körpələrdə tez- tez səksənmə, diksinmələr
-İlk aylarda yuxusuzluq və ya yuxu rejimsizliyi
-İlk 3 ayda ağlama krizləri
-İlk 6 ay gecə yeməyə oyanmaları (ana südü yeyən uşaqlarda)
-İlk aylarda gunde 6-7 dəfəyə qədər olan nəcis ifrazı və ya əksinə 3-4 gündə bir, hətta həftədə 1 dəfə olan nəcis ifrazı
-Diş çıxmanın 14 aya qədər gecikməsi
-İlk 3 ay körpənin ağlayarkən ağız ətrafı göyərmənin olması
-Körpənin göz qapağında, alında, ənsə arxasında qırmızı ləkələrin olması
-Sol qola vurulmuş BSJ peyvəndin yerinin 2 ayında qızarıb şişməsi
-Yenidoğanda 20 gününə qədər çəkən, zəif hiss edilən sarılığın olması
-Sərbəst yerimənin 17 aya qədər uzanması
-Əmgəyin ölçüsünün balaca olması (baş çevrəsi normal böyüyürsə)
-Əmgəyin 18 aya kimi açıq qalması (kalsium lazım deyil)
-Təzə yeriməyə başlamış uşaqlarda fizioloji ayaq əyilmələri (massaj və kalsiuma ehtiyac yoxdur )
-İlk 3 yaş uşaqlarda pəncənin yastı olması(ortopedik ayaqqabı və ya masaj lazım deyil )
-İlk 2-3 yaş uşaqlarda gecə oyanmaları
-Körpənin əmərkən, ağlayarkən, böyük uşaqların qaçarkən tərləməsi
-3 ayında körpənin əlində ayağında soyumaların olması
-Peyvənddən sonra ilk 3 gün hərarətin, narahatlığın və yerli qızarıqlıq və şişkinliyin olması
-İlk 6 ay hər qidalanma sonrası körpənin yediyinin az birhissəsinin qaytarması
-Körpənin əynini dəyişdirərkən, xüsusilə üşüdüyündə dərisinin mərmər kimi olması (hipoksiya deyil)
-Körpə nəfəs alarkən xırıltılı səsin eşidilməsi (timus deyil)
-Müayinəsi normal uşaqlarda döş sümüyünün azca qabarıq və ya batıq olması, qabırğasının qabarıq olması
-İlk aylarda müayinəsi normal uşağın kakasının yaşıl olması
-İlk aylarda oğlan uşaqlarında xayada mayenin olması və cinsiyyət üzvü dəri qırışları arasına ağ smeqma maddəsinin yığılması (duz deyil)
-1 yaş sonra qidalanma istəyinin və iştahın azalması.Ardı var.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img