img

"Disbakterioz" bir mifdir !!

Körpələrə qoyulan yalnış diaqnozlardan bir digəri də "Disbakterioz"dur.Təəsüf ki, bu diaqnozla boşuna uzun müddətli müalicələr alan körpələrimiz var.Nəzərinizə çatdırım ki,belə bir xəstəlik olmadığı kimi,bu xəstəliyə görə müayinə və müalicədə yoxdur.Yəni "Nəcisin Disbakterioza görə müayinəsi" adlı bir analiz üsulu Azərbaycandan başqa heç bir ölkədə olunmur."Müalicəsində" istifadə etdiyiniz probiotiklərə gəlincə..Bir çox probiotik preparatlar üçün effektlilik baxımından sübut olmadığı üçün(Linex,xilak forte ve s effektsiz probiotiklerdir,bu probiotikləri uzun müddət istifadə etmənin heç bir mənası yoxdur) ishalı olan(Kəskin Qastroenterit) uşaqların müalicəsində effekti sübuta yetirilmiş(RCT və meta analizlərdə) probiotiklərdən istifadə edə bilərsiniz.Bu probiotiklər Lactobacillus GG ( Acidolak adi ilə tanidiğimiz) və Saccharomyces boulardiidir.İshalı olan uşaqlarda simptomlarin müddetinin ve keskinliyinin aradan qaldirilmasında bu probiotiklərin çox köməyi olur.

Odur ki, Əziz Analar, heç mövcud olmayan, belə cəfəngiyyat diaqnozlara görə övladınızı boş-boş müalicələrə məruz qoymamaq üçün daim maariflənməyə çalışın.Bu yolda hər zaman sizin köməyinizdəyəm!
Sizin Pediatr-GÜNAY RƏSULOVA)


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img