img

Yersiz istifadə edilən kalsium siropları-zəhərlidir

Günümüzdə körpələrə yersiz istifadə edilən aşırı kalsium siropları zəhərlidir.Xüsusilədə ilk 1 yaşa qədər valideynlər körpəsinə kalsium siropunu verməyi sanki özlərinə borc bilirlər.Halbuki ilk yaşlarda körpələr südəmər dövrdə olduqları üçün dietlə coxlu miqdarda kalsium alırlar.Önəmli olan körpəyə bu kalsiumun normal mübadilesini temin edən və mənimsənilməsinə kömək edən Vitamin D damlalarının ( Aquadetrim) profilaktik olaraq ilk2 il körpəyə verməkdir.Yersiz,həkimlə məsləhətləşmədən istifadə edilən kalsium preparatlarının qebulu zamanı,orqanizm dermanla gələn artıq kalsiumu ürək və beyin damarlarında depolamağa çalışır.Buda damarlarda kirəcləşmə,sərtləşməyə səbəb olur,artiq istifadə edilən kalsium bağırsaqların fəaliyyətini pozur,uşaq qebiz olur,böyrəklərin fəaliiyətinətoksik təsir edir.

Xüsusilədə diş çıxarma dövründə kalsium siroplarının istifadəsi daha çox yayılmışdır.Valideynlər belə hesab edirlərki körpəyə kalsium verməklə onun dişinin çıxmasına yardım etmiş olacaq.HALBUKİ DİŞ ÇIXARMA PROSESİNİN QANDAKI KALSİUM SEVİYYƏSİ VƏ YA MİQDARI İLƏ HEÇ BİR ASILILIĞI YOXDUR VE SİZİN BOŞUNA İSTİFADƏ ETDİYİNİZ BU KALSİUM SİROPLARI DİŞ ÇIXARMAYA TESİR ETMƏYƏCƏK,KÖMƏK ETMƏYƏCƏKDİR.Uşaqlarda diş çıxarma prosesi genetik xarakter daşıyır.İrsen tez diş çıxardan (3 ayda) və ya normalda ilk dişlərini 1 yaşdan sonrada çıxardan uşaqlar vardır.Süd dişlərinin mayası ana bətnində 16 cı heftede qoyulur və 3 yaşında tamamlanır.Hec bir vasitə ilə bu prosesə təsir edə bilmərik
KALSİUM PREPARATLARINI HANSI HALDA İSTİFADƏ EDƏ BİLƏRİK?

Əgər uşağın Raxit kecirdiyinə şübhə varsa qan analizi ilə bu tesdiqlənirsə ( qanda ionizə kalsium seviyyəsi aşağıdırsa) o zaman həkim məsləhəti ilə həkimin teyin etdiyi müddət ərzində istifadə edilə bilər.

ƏZİZ VALİDEYNLƏR HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞMƏDƏN KÖRPƏNİZƏ HEÇ BİR DƏRMAN VERMƏYİN!
SAĞLAM OLUN!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img