Dəniz mövsümü başlandı.Yayda uşaqların ən çox əyləndiyi amma bir o qədərdə zərər gördüyü yer dəniz və ya hovuzlardır.Tez tez görülən dəniz xəstəlikləri:
-Qulaq infeksiyaları
-Sidik yolu infeksiyaları
-Göbələk xəstəlikləri
-Sinusitlər
-Mədə bağırsaq infeksiyaları
-Parazitar xəstəliklər-Entamöba,Lyambliya(Giardia)
-Göz xəstəlikləri
-Dəri yanıqları və s.
Qulaq infeksiyaları-Xarici və ya orta qulaq iltihabı.Əlamətləri:Qulaqda qaşınma,ağrı,pis qoxulu ifrazat,qızdırma kimi
şikayətlər varsa mütləq həkimə müraciət edilməlidir.
Sidik yolu infeksiyaları-Xüsusilədə qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun muddet oyun oynamaq mikrobların asanlıqla sidik yollarına qalxmasına şərait yaradır.
Əlamətləri: Ağrılı və tez-tez sidiyə getmə,qarında ağrı,ürəkbulanma,qusma,iştahsızlıq,halsızlıq,qızdırma .
Göbələk infeksiyaları-Dəri,saçlı dəri və dırnaqlarda görülür.Yoluxucudur.Qaşınma,qızarıqlıq bəzən ağ qabıqlı ola bilir.
Sinusit və Burun tıxanıqlığı həm hava damcı infeksiyasi kimi həmdə Hovuzlarda istifadə edilən Xlora bağlı allergik uşaqlarda görülür.
Göz xəstəlikləri-Bakterial konyuktivit,Xlora bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivit görülə bilər.
Mədə bağırsaq infeksiyaları-Virus mənşəli-Rotavirus,Nörovirus,enterovirus,Hepatit A virusa bağlı,Bakterial-Salmonella,Şigella,E.coli yə bağlı və parazitar-lyambliya,entamöba kimi parazitar xəstəliklər görülə bilər.
Əlamətləri: Qızdırma,qusma,ishal.halsızlıq vəs.
DƏNİZ VƏ YA HOVUZ XƏSTƏLİKLƏRİNDƏN UŞAQLARI NECƏ QORUYAQ?
-Yetərli dezinfeksiya olunduğu və bakterioloji analizdən keçirilmədiği düşündüyünüz sularda uşaqları çimdirməyin.
-Qulağa vazelin və ya qliserin yağı ilə isladılmış pambıq tıxac taxın.
-Uşaqları suda su udmayacaq şəkildə tutun,əgər böyük uşaqdırsa su udmaması üçün ciddi göstəriş verin.
-Gözü qorumaq üçün dəniz gözlüklərindən və şapkadan istifadə edin.
-Dənizdən çıxdıqdan sonra dərhal uşaqları təmiz bol su ilə çimizdirin.
-Uşaqları dənizə çılpaq deyil,tez quruyan parçalardan olan çimərlik paltarları ilə salın.
-2 yaşa qədər uşaqları dəniz və ya hovuza salmayın.
Bu önləmlərə ciddi riayət edərək gözəl yay günlərində hər birinizə xoş istirahət arzulayıram.Sağlam olun.