"STAFİLOKOKK" GÖSTERİCİSİDİRMİ?
Körpələrdə yenidoğulma dövründə ilk nəcis mekonium tünd yaşıılımtıl rəngdə olur.
Sonra bir neçə gün sonra necisin rengi açılmağa sarımtıl rəng almağa başlayır.
Ana südü ilə qidalanan uşaqlarda ilk aylarda nəcis normalda sarımtıl qızılımtıl rəngdə turş qoxuda olur.
Lakin uşaq 3-4 ayına geldiyində,qaraciyərdən bağırsaqlara öd ifrazı artır və körpənin bağırsağında ödün yaşıl piqmentini sarıya çeviren ferment çatmamazlığına bağlı nəcisin rəngi yaşıllaşır.
Analar bu vəziyyətdən çox narahat olduqları üçün həkimə gedər,nəcis əkilər və yalnışlıqla nəcisdə günahsız məhkum STAFİLOKOKK tapılar və uşaq aylarla yersiz müalicələrə məruz qoyular.
1-2 ay sonra necis fizioloji olaraq rengi normallaşmaya başlar və müalicə "effektİni"gösterdi zənn edilər.
Bu aylarda öd ifrazının artması,ağızdan çox su axma,damaqlarda qaşınma,uşağın mədə bağırsağının əlavə qidaları həzm etməyə hazırlaşdığının göstəriciləridir və tamamilə normal,fizioloji bir vəziyyətdir.
Lakin bəzi bağırsaq infeksiyalarında,körpə yaş ishallarındada bağırsaqdan kakanın keçişi sürətləndiyi üçün,qaraciyərdən bağırsaqlara tökülən öd bağırsaqda sarı rəngə çevrilməyə fürsət tapmadığı üçündə nəcis yaşıl rəng ala bilər.
Bu vəziyyətdə təbii uşağın ümumi vəziyyəti yaxşı deyildir,qusma hərarətidə vardır,BU halda mütləq həkimə müraciət olunmalıdır.