img

Uşaqlarda rotavirus-qış ishalına diqqət!

Rotavirus uşaqlarda ən sıx ishal səbəbidir.Bu virus infeksiyasını uşaqlar ən sıx ilk 2-3 yaşda keçirirlər.Uşaqlar arasında ən sıx ölümə səbəb olan ishal mikrobudur.Xüsusilə uşaqlarda virusun ən sıx tip A ştamı xəstəlik törədir.Yoluxuculuğu çox yüksəkdir.Xəstə uşaqdan sağlam uşaqlara keçir.
 
Yoluxuculuqdan qorumaq üçün xüsusilə bağça və ya başqa kollektivdə olan uşaqları ishal bitənə qədər ortamdan uzaqlaşdırmaq mütləqdir.Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət etmək- əllər tez tez yuyulmalı.virusla xəstə uşaq olan evdə digər uşağı qorumaq üçün ətrafdakı əşyalar spirtlə silinib təmizlənməlidir.
 
 
Virus bir uşaqdan digərinə keçdikdən sonra inkubasiya dövrü 2-4 gündür.4 gün sonra əlamətlər üzə çıxır.İlk əlamət adətən Qusma olur.
-1-3 günə qədər davam edə bilən qusma
-Qızdırma
-Qusmadan 12-24 saat sonra başlayan ishal
- Qusma,ishal səbəbilə susuzlaşmaya bağlı ümumi halsızlıq,gözaltında çökmə,dil quruluğu,vəs
İshal rotavirus infeksiyasinda 7-10 günə qədər davam edə bilər.Rotavirus ishalı gündə 8-10 dəfə qansız seliksiz,sulu olur.
 
Rotavirus infeksiyasından qorunmaq üçün peyvənd vardır.Heç bir yan təsiri olmayan bu peyvəndin ilk dozu 12 həftəyə qədər,son dozu isə 8 aya qədər olunmalıdır.cəmi 2,4,6 aylarda 3 doz edilməlidir.Körpələrinizi bu virusdan qorumaq üçün peyvəndləri ihmal etmiyin.

MÜALİCƏSİ-Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur.Məqsəd su və elektrolit itirilməsinin qarsisini almaqdir.Xəstə körpədirsə sıx sıx əmizdirlməlidir.İshal və qusması olan uşaqlara oral rehidratasiya məhlullarindan vermək lazımdır.Əgər uşaqda Su itirmə əlamətləri,Yuxululuq,Hər qidalanmadan sonra qusma,Saatda1-2 dəfə ishal,gözaltında çökmə varsa vaxt itirmədən mütləq mütəxəssisə müraciət etmək lazımdır


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img