Əvvəlcə hərarətin düşmənimiz deyil dostumuz oldugunu bilərək hərəkət edin.Hərarətin yüksəlməsiylə bədən infeksiyon törədiciylədaha yaxşı savaşa bilməktədir.Bu halda hərarətli uşaqlarda tez hərarəti düşürməyə çalışmaq gərək deyildir.
-Hərarətli uşağın normaldan daha çox maye almasına susuz qalmamasına diqqət etmək gərəkdir.Ancaq yüksək hərarətdə uşaq özünü pis hiss edirsə həkimin məsləhət bildiyi qızdırmasalıcılar istifadə edilə bilər.Hərarətsalıcılari içmə suspenziya və ya rektal şam formasında istifadə etmək olar.Eyni qrupdan olan hərarətsalıcıları 4 saat intervalla istifadə etmək olar.Litik qarışıq olan(Analgin,dimedrol,novokain) istifadə etmək isə qəti məsləhət deyildir.(Analginin tək dozada sümük iliyində aplaziya vermə riski olduguna görə)
-Əgər hərarət çox yüksək deyilsə və uşaq özünü çox pis hiss etmirsə dərman verməzdən əvvəl ilıq bir vanna edilə bilər.Otaq havası sərin olmalı paltarı mümkün olduqca nazik və pambıqdan olmalıdır.
-Uşaqlar üçün hərarət qoltuqaltı ilk 3 ay 37.3-dən yuxarı 3 aydan sonra 37.5 dən yuxarı,düz bağırsaqdan 38 dərəcə üstü hesab edilir.
-0-3ay arası uşaqlarda normalın üstündə ölçülən bir hərarət hansı dəyərdə olursa olsun təcili həkimə müraciət edilməlidir.Daha böyük uşaqlarda isə uşağın ümumi vəziyyətinə diqqət etmək gərəkir.Əgər uşaq oyanıq və aktivdirsə oynayırsa yeyib içəbilirsə yuxusu və tənəffüsü normaldırsa qızdırmasalıcı önləmlər alındıqdan sonra hərarətin seyrinə görə həkimə danışılır.Çünki hərarətin yüksəkliyi ilə xəstəliyin ağırlığı paralel deyildir.Uşaqlarda hərarətin ən sıx səbəbi olan sadə virus infeksiyaları 39-40 dərəcə hərarət səbəb ola bilərkən bəzi ciddi xəstəliklər çox yüksək hərarətə yol açmaya bilər.Ancaq uşaqda yuxululuq,narahatlıq,tənəffüs çətinliyi və şiddətli ağrısı varsa yemək içmədən imtina edirsə hərarəti düşsə də ümumi vəziyyəti düzəlmirsə və ya hərarət 24-48 saatdan uzun sürürsə yenə mütləq həkimə müraciət edilməlidir.
Soyuqlama,qrip kimi infeksiyalar hərarətin sıx görülən səbəblərindəndir.Soyuqlamada ilk 24 saat tək əlamət hərarət olabilər ,digər əlamətlər sonradan gələ bilər.Angina,orta qulaq iltihabı ishal sidik yolları infeksiyası da hərarətə səbəb ola bilər.Nadirən pnevmoniya meningit vərəm kimi ciddi infeksiyalarda hərarətin səbəbi olabilər.
Yenidoğulmuşlarda isti havada çox paltar geyindirilirsə onlar bədən hərarətini tarazlaya bilmədikləri üçün hərarət yüksələ bilərşBuna görə əvvəlcə uşağın üzərindəki paltarlar çıxarılmalıdır və hərarət təkrar ölçülməlidir.Bundan başqa yenidoğanda qidalanma çatmalığı və çox çəki itirmə bədən hərarətinin yüksəlməsinə səbəb ola bilər.