Çəngələbənzər vəzi ya timus – (lat. thymus)15 yaşınadək uşaqlarda olur; sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir.
Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur.
Yerləşməsi:
Çəngələbənzər vəzi döş qəfəsində, orta divarın yuxarı hissəsində, lat. area thymica adlanan sahədə yerləşmişdir.
Yaş xüsusiyyətləri:
Çəngələbənzər vəzi uşaqlarda həddi-büluğ dövrünədək (15 yaşınadək) inkişaf edir. Yeni doğulmuş uşaqda çəkisi 10-15 q olur; həddi-büluğ dövründə çəkisi 35-40 q-a çatır. Bu dövrdən sonra yavaş-yavaş reduksiya etməyə başlayır, paycıqların həcmi kiçilir, parenxim azalır və piy toxuması ilə əvəz olunur. 25 yaşında çəngələbənzər vəzinin çəkisi 25 q-a düşür, 60 yaşında 15 q-a, 70 yaşında 6 q-a bərabər olur. Qocalarda çəngələbənzər vəzi bir parça piy toxumasından başqa bir şey deyildir; bunun daxilində parenximdən yalnız xırda qalıqlara təsadüf edilir.
Vəzifəsi:
Timus vəzi immunitetin qaynagı hesab olunur.Bədənin müdafiə gücünün əsas iştirakçısıdır.Dalaq,limfa düyünləri,limfa toxuması,sümük iliyi,badamcıqlar,kor bagırsaq və nazik bagirsagın bir hissəsi ilə birlikdə çalışaraq immuniteti artırır.Timus vəzin funksiyalari hələ tam olaraq bilinməməklə birlikdə vəzin sintez etdiyi limfositlərin bədəndə xəstəliklərə qarşı müdafiə faktoru oldugu sübut edilmişdir.Belə ki timusun sintez etdiyi"Timosin hormonu" qan dövranina bir dəfə boşalır və ömür boyu immuniteti yaradır,dalagın işini sürətləndirib limfa sisteminin kifayət qədər limfosit sintez etməsinə şərait yaradır.Uşaq anadan olandan sonra çəngələbənzər vəzi öz vəzifəsini ifa etməyə başlayır və cinsiyyət vəziləri yetişdikdə vəzifəsindən qalır; çünki onlar bu vəzini antoqonist üzvlər kimi tormozlayır. Bu vəzi turşuların əmələ gəlməsinə mane olur və artıq miqdarda əmələ gələn turşuları neytrallaşdırır. Sümüklərdə kalsium duzlarının çökməsini və boyatma prosesini tənzim edir.bəzən böyüklərdə çəngələbənzər vəzi inkishafdan qalır; belə halda vücudda limfa sistemi çox inkişaf etmiş olur, cinsiyyət üzvlərinin hipoplaziyası meydana çıxır və vücudun psixi müqaviməti azalır; bu hala lat. status thymicolymphaticus deyilir.Bele ki ushaqlarda yalnish olaraq qoyulan timomeqaliya diaqnozu əslində uşaq üçün fizioloji haldir heç bir müalicə tələb etmir ve eyni zamanda yalnış edilən müalicə nəticəsində timus vəzin funksiyasi zəifləyə və bu cürə vacib funksiyalarini zəif icra etməyə ve daha pis nəticələrə gətirib çixara bilər.