İlk dişlərin çıxması prosesi adətən 5-9 ayda başlayır. Müayinəsi normal uşaqlarda bu proses 15 aya qədər uzana bilər. Siz heç dişi çıxmayan uşaq gördünüzmü? Demək olar ki, yox. Narahat olmaq və diş çıxma prosesini sürətləndirmək üçün hər hansı "müalicə" almağa gərək yoxdur. Belə bir "müalicə" üsulu da yoxdur. Çox zaman bu məqsədlə istifadə edilən kalsium siropları yersizdir, hətta təhlükəlidir. Kalsium artıqlığı uşaq orqanizmində fəsadlara səbəb ola bilər. İlk dişlərin çıxma prosesi 15 aydan çox gecikərsə, uşaqda D vitamin əksikliyi, tiroid problemləri, kalsium, fosfor metabolizm pozğunluğu və s. araşdırılmalıdır.