img

İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəlikləri

İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil.

Həm də uşaq belə xəstəlikləri keçirdikdə öz immun sistemini sanki "məşq etdirir". Nəticədə növbəti dəfə eyni virus və ya infeksiya ilə "görüşdükdə" uşağın immun sistemi onlara asanlıqla qalib gəlir.

Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Uşaq həddən artıq tez-tez və ağır xəstələndikdə bu onun immun sistemininə çox mənfi təsir edir.

Beləliklə, valideynlər bütün lazım olan profilaktik tədbirləri görməlidirlər ki, uşaq mümkün qədər gec-gec xəstələnsin, xəstəlik yüngül keçsin və ağırlaşmalar verməsin.

Bunun üçün bu kimi tədbirləri görmək lazımdır:
1. Uşaq yaxşı və xeyirli qidalanmalıdır. Hər gün uşağın pəhrizində təzə meyvə və tərəvəz (mütləq mövsümi!), süd məhsulları, yarmalar, ət (balıq, mal əti, toyuq əti), bitki yağları olmalıdır. Balığı xüsusi vurğulamaq lazımdır - bu xeyirli məhsul immuniteti möhkəmləndirir. Tərkibində C vitamini olan məhsullar (limon, qarağat mürəbbəsi, itburnu dəmləməsi, ) daim uşağın pəhrizində olmalıdır. Bu vitamin immuniteti yaxşılaşdırır, orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır. Xəstəliyin ilk simptomlarında həkimlə məsləhətləşdikdən sonra uşağa yaşına uyğun dozada C vitaminin preparatını verin.

2. Uşaq kifayyət qədər yatmalı və dincəlməlidir. Məktəblilər 10 saatdan az yatmamalıdır.

3. Uşaq hər gün 1-1,5 saat açıq havada olmalıdır.

4. Hər gün evin bütün səthlərini suya xüsusi dezinfeksiya vasitələri əlavə edərək nəm əsgi ilə silmək lazımdır. Bu qayda ilə siz evə düşən virus və infeksiyaları məhv edirsiniz. Bundan əlavə bu qayda ilə siz evin havasını nəmləndirirsiniz. Kondisioner və istilik sistemləri evin havasının həddindən artıq qurumasına səbəb olur. Nəticədə bizim selikli qişalarımız da quruyur. Selikli qişalar orqanizmin müdafiə sisteminə aiddir. Selikli qişalara düşən virus və mikroblar burada "bataraq" orqanizmə daxil ola bilmir. Lakin bu vəzifəni yerinə yetirmək üçün selikli qişalar daim nəm qalmalıdır. Quruduqda onlar öz müdafiə funksiyalarını itirir.

5. Virus və mikbobların əksəriyyəti hava "sevmir". Bu səbəbdən gün ərzində bir neçə dəfə mütləq evin havasını dəyişmək lazımdır.

6. Uşağı havaya uyğun geyindirin, lazım olduğundan isti geyindirməyin. Tərləmiş uşaq daha tez xəstələnəcək.

7. Həkimlə məsləhətləşdikdən sonra profilaktik olaraq uşağa yaxşı vitamin-mineral kompleksini verin.

8. Bir qrup məhsulların qəbulu immuniteti stimullaşdırır. Bu məhsulların arasında - bal (uşağın 3 yaşından sonra), propolis, soğan və sarımsaq (uşağın 3 yaşından sonra), itburnu, moruq və s.

9. Xalq təbabətində immuniteti yaxşılaşdırmaq üçün bitki dəmləmələri istifadə olunur. Bu bitkilərin arasında - kəkotu, moruq və qarağat yarpaqları, badrənc (limonotu), nanə, adaçayı, itburnu, zəncəfil və s.

10. Ən sadə gigiyenik qaydalarına riayət edilməsi uşağı bir çox infeksiyalardan qorumağa imkan verir. Məktəbdən, çöldən qayıtdıqda, qida qəbul etdikdən əvvəl və s. uşaq mütləq əllərini yumalıdır. Uşaqda bu kimi sadə vərdiş formalaşdırın: heç bir halda əllərini üzünə vurmasın.

11. Uşaq daim sakit, rahat və mehriban şəraitdə yaşamalıdır, daim hiss etməlidir ki, onu sevirlər və onun qayğısına qalırlar.

12. Uşağın ağzı və burnu infeksiya və viruslar üçün "giriş qapısıdır". Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır. Bunun üçün duzlu sudan və ya bitki dəmləmələrindən (çobanyastığı, adaçayı və s.) istifadə etmək olar. Bu qayda ilə siz uşağın selikli qişalarına düşən virus və infeksiyalarla mübarizə aparırsınız.

13. Qış aylarında (xüsusilə də epidemiyalar zamanı) insanlar çoxlu olan yerlərə (dükan, teart, kino və s.) mümkün qədər az gedin, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edin.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img