img

Uşaqlarınızı başa düşməyə çalışın

Uşağınızı başa düşməyə çalışın Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?halbuki,uşağınızı başa düşmək sizin onunla münasibətlərinizi nizamlamağa da kömək edə biər…..əgər valideyin hələdə uşağınıza qarşi “səhv mövqə tutmaqda”davam edirsə va ya ən kicik bir hərəkətində belə səbirsizlik göstərirsə,deməli,hələ də uşağini başa düşmür.Elə isə uşağı başa düşmək üçün nə lazimdir?Başqa sözlə,valideyini tərəfindən başa düşülmədən uşaq mütəmadi təzyiqlərə məruz qalirsa,bunun kənar təsirləri nə ola bilər?Fikirlərimizi bir misalla izah etməyə çalışacagiq.Məsələn,bədənimizin bir yerindən şikayətiniz olduğunu və buna görə həkimə müraciət etdiyinizi düşünək.Misali bir az da konkrektləşdirək.Məsələn,ayağınızın ağrıdığını düşünək.Həkiminizə ayaqlarınızın ağrıdığını deyəndə təbii ki,o da sizə müxtəlif suallar verəcək və xəstəliyinizin vəziyyətindən asılı olaraq müxtəif analizlər tələb edəcək .Bütün bu mərhələlərdən sonra həkiminizin xəstəliyinizi müəyyən etdiyinə inanacaqsınız.Və həkimə etimad etdiyiniz üçün dediklərini ( hətta sizə çətin olsa belə )yerinə yetirməyə çalişacaqsınız .İndi də əksini düşünün. Həkimə ayağınızın ağridığını deyirsiniz.Həkimdə sizə heç bir sual vermədən və ya heç bir analiz tələb etmədən dərman yazır.Təbii ki, belə olduqda həkimin bu işdə ciddi olmadığını düşünəcək və dediklərini yerinə yetirməyəcəksiniz.Hətta üstəlik bu hərəkətinə görə onu tənqiddə edəcəksiniz.Uşağın hərəkətinin səbəbini bilmədən, başa düşməyə çalışmadan reaksiya vermək də eyni ilə bunun kimidir.Uşaq bir hərəkət edir.Ancaq bunu edərkən şüuraltındakı düşüncələrinin təsiri altında qalır.Məsələn,divara şəkil çəkən uşaq bu hərəkəti ilə divarı gözəlləşdirdiyini və beləliklə anasının onu daha çox sevəcəyini düşünür.Bu düşüncə ilə divara şəkil çəkən uşaq şəkli anasina göstərir.Əgər belə vəziyyyətdə ana şəkli bir qaralama kimi qiymətləndirirsə və buna görə fiziki cəzaya müraciət edirsə,təbii ki,uşağın ruhunda sağalmaz bir iz buraxir.Bu münasibəti ilə uşağını öz hərəkətindən uzaqlaşdirmaq istəyən ana bəlkədə daha ciddi problemlərin meydana gəlməsinə səbəb olur.Eynilə xəstəsini dinləmədən dərman yazan həkimin onu daha ciddi bir təhlükə ilə üz-üzə qoymasi kimi.Halbuki ana əvvəlcə uşağını dinləməyə çalışsa idi ,həm məsələni heçdə onu düşündüyü kimi olmadığını görər, həmdə uşağa psixoloji zərbə vurmadan divara şəkil çəkməyin pis iş olduğunu başa sala bilərdi.Başqa bir məsələ isə uşağın öz hərəkətlərini təkib etməsidir belə ki, bəzən uşaq etdiyi hərəkətə görə əks reaksya görür ancaq buna baxmayaraq valideyni ilə “ünsiyyətini davam etmək üçün” öz hərəkətini təkib edir.Əslində buda uşağını başa düşmədiyini göstərir.Halbuki uşağınızı başa düşməyə çalışsanız və məqsədinizə nail olmadıqda bir mütəxəsislə məsləhətləşsəniz səhv etmək ehtimalı da azalar.Elə isə bu hərəkətləri səbəbi nədir?Və ya uşaqlar mənfi hərəkətlərində niyə təkid edirlər…?*Diqqəti cəlb etmək üçün,*Valideynini cəzalandırmaq və intiqam almaq üçün,*Gücünü isbat etmək üçün*Özünü ifadə etmək üçün…Həmçinin bu siyahiya uşaqlar arasında qısqançlıq, Özünə inamsızliq və.s Kimi maddələri də əlavə edə bilərik.Hətta bəzi uşaqlar üçün bu maddələrin sayini 50-yə də çixarmaq olar Buna görə də uşaginizi başa düşməyə çalışın və təkcə bugunku yox,hələ yox,gələcəkdəki problemlərində qarşısinı ala biləcəyini unutmayın.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img