İmmuniteti ildə 1 dəfə yox, il boyu düşünmək lazımdır!
Nə edək ki, immunitetimiz möhkəm olsun? Soyuq hava və xəstəliklərdən uşaqları necə qoruyaq?
Təəsüf ki, bu problem bir sirop və ya müalicə ilə həll edilən deyil.
Bizə müraciət edən anaların soyuq aylarda əsas istəyi "Həkim, nolar, elə edin tez-tez xəstələnməsin, immuniteti möhkəm olsun" olur.
Uşaqlarda İmmuniteti möhkəmləndirən faktorlar:
- İlk növbədə profilaktik peyvəndlərin vaxtında olunması.
- Uşagın vaxtı vaxtında pediatr müayinəsində olub, hər hansı bir somatik probleminin olmamasına diqqət edilməsi
- Uşagın sağlam qidalanması (balanslı, vitaminli, zərərli qida vərdişlərinin olmaması)
- Uşagın vaxtında yatızdırılması (maximum axşam saat 22:30 uşaq artıq yuxuda olmalıdır)
- Uşagın soyuq hava daxil, havada çox olması
- Uşagın xəstə insanla təmasının önlənməsi :white_small_square:Uşagın qanında D vitamin səviyyəsinin aşağı olmaması
- Tez tez xəstələnən, allergik xəstəlikləri və ya başqa hər hansı bir risk qrupunda olan uşaqlara oktyabr aylarında qrip əleyhinə peyvəndlərin vurulması
- Uşaqlari stressdən uzaq tutmaq və s.
Sağlam uşağın 1 ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyasına tutulması, əgər hər dəfəsində bu xəstəliklər ağırlaşma ilə nəticələnmirsə bu normaldir. Çox az görülən problem "Anadangəlmə immun yetməzliyi"isə həkim uşağı müayinə edərkən bu xəstəliyi ağlında tutmalı, şübhələnincə lazım olan müayinələri istəməlidir.