-Uşaqlarda 0-3 yaş "boğaz gəlmə",öskürmə,burunaxma,ishal,yüksək qızdırma və s simptomlar orqanizmdə "ANTİBİOTİK ÇATIŞMAMAZLIĞININ" ƏLAMƏTLƏRİ deyildir. Bu simptomların 90faiz hallarda səbəbi VİRUSDUR.Bu əlamətlərə görə(əsasəndə "boğazı gəldi" deyib,badamcığını silmək )antibiotik başlamaq 1 günah, Bu antibiotiki həkimin deyil əczaxana işçisi tərəfindən təyin edilib dozanın düzgün təyin edilmədən körpəyə verilməsi 2ci günah, Qızdırma düşüb,simptomlar aradan qalxar qalxmaz antibiotikin müalicə kursu bitmədən dayandırmaqda 3 cü günah...Bu "günahınızın" nəticəsini açıqlayım:
-Virusa antibiotik təsir etmədiyinə görə dərman preparatını boşuna istifadə etdiz.
-Doza düzgün təyin edilmədiyinə və müalicə kursu tamamlanmadığına görə,orqanizmdə olan şərti -patogen və ya patogen(xəstəliktörədən) mikroblar bu antibiotiki tanıdı və ona qarşı dirənclik qazandı.
-Həqiqi ehtiyac yaranmış vəziyyətlərdə isə həmin antibiotik effekt vermədi və körpə ağırlaşdı
Əziz Valideynlər, Nəzərinizə çatdırım ki, bu problem cəmiyyətimizin ən böyük bəlalarından biridir..Körpələr arasında yersiz istifadə edilən antibiotiklər onların həyatı üçün böyük risk yaradır.Sağlam övlad böyütmək üçün - maariflənmək çox əhəmiyyətlidir.Bizdə əlimizdən gələni edirik,edəcəyik..SAĞLAM OLUN!