Normalda sidiyin rəngi açıq və iysizdir.Amma bəzi xəstəliklərdə sidiyin iyi və rəngi dəyişə bilər.Pis qoxulu sidik az hallarda bəzi metobolik xəstəliklərdə görülür.Amma aşırı pis qoxan sidik daha yox SİDİK YOLLARI İNFEKSİYALARININ xəbərçisidir.Sidik yolu infeksiyası körpə və uşaqlıq yaş dövrünün ən çox rast gəlinən infeksiyalarındandır.Uşaqlarda Xroniki böyrək çatmamazlığının səbəblərinin ən az 1/3 ni sidik yolu infeksiyası təşkil etdiyi üçün yaxından izləm mütləqdir!!Xüsusilədə 5 yaşdan kiçik uşaqlarda yüksək qızdırma,narahatlıq,zamanı sidik yolu infeksiyası nəzərdə tutulmalıdır.
Əlamətləri: Qizdirma,qarinda agrilar,urekbulanma,qusma,halsizliq,istahsizliq,sidik ifrazi zamani yandirma,agri,narahatliq,gecə sidik qaçırmalar və ən əsası sidikdə pis qoxu varlığı.Bu əlamətlər varsa mütləq həkiminizə bildirin!.
Vaxtında diaqnoz qoyulmayan və müalicə olunmayan sidik yolu infeksiyaları,zamanla xroniki pielonefrit və böyrək çatmamazlığına səbəb ola bilər
SİDİKDƏ PİS QOXU HİSS ETDİKDƏ İLK OLARAQ NƏ ETMƏLİSİZ?
Mütləq uşağın hərarətini ölçün,uşağa bol maye və maye qidalar verin.Əgər bununlada uşağın sidiyindən pis qoxu gəlməkdə davam edərsə mütləq həkimə müraciət edin.SAĞLAM OLUN!