Bu sadəcə bir cəfəngiyyatdır!! Bu cəfəngiyyat diaqnozu USM(UZİ) ilə və ya qanla qoymaqla kurslarla boş boşuna ağır müalicələrə məruz qoyulmuş körpələri, uzun müddətli müalicələrlə psixologiyası yorulmuş,bezmiş,həkimə inamı tamamən itmiş valideynləri görəndə,nə etsəmdə bu biabrçılıqlara birdəfəlik son qoya bilsəm deyə düşünürəm..Bu Yalançı diaqnozların əslini açıqlamaq üçün bəzən saatlarla xəstələrə mühazirə deməkdən bezmədən sürdürdüyüm bu mübarizəm bir gün öz nəticələrini verər deyə düşünürəm, və burdan bütün valideynlərə sadəcə çoox diqqətli olmalarını şiddətlə tövsiyyə edirəm!
Öddə qurd olmur.Uzi ilə öddə qurd görülməz! Nəzərdə tutulan Lyambliya qurdu 12 barmaq bagirsaqda yaşayır,Öddə deyil.Diaqnostikasi üçün ancaq və ancaq Nəcisin ümumi analizi olunmalıdır.Şübhəli durumlarda analizi bir neçə dəfə təkrar etmək lazım gələ bilər amma bu xəstəliyin diaqnostikasi qanla qoyulmaz.
Düzgün diaqnostikadan sonra,Qurd xəstəliklərinin müalicəsi heçdə çətin deyildir.Qurd əleyhinə nəzərdə tutulmuş Bitki tərkibli siropları aylarla övladınıza verməyə ehtiyac yoxdur.Çox bahalı və effekti sübuta yetirilmiş bu tip müalicələri etməzdən öncə daha diqqətli olmağınız lazımdır.Sağlam olun!!