img

Uşaqda EŞİTMƏ QÜSURUNUN olub-olmadığını necə bilək?

Uşaqda EŞİTMƏ QÜSURUNUN olub olmadığını necə bilək?

  • Bəlli səsləri eşitmədə və səsin istiqamətini müəyyən etmədə çətinlik çəkmək
  • Yüksək şiddətdəki səslərə daha yaxşı reaksiya verdiyini hiss etmək
  • Əmrləri icra etməkdə çətinlik çəkmək və ya səhv yerinə yetirmək
  • Səs küylü ortamlarda eşitmədə çətinlik çəkmək, danışıqları anlamamaq
  • Danışana daha yaxın məsafədə olmaq istəyi
  • Televizora daha yaxından və yüksək səslə baxmaq istəyi
  • Telefon istifadə edəndə həmişə bir qulağı tərcih etməyi
  • Nitqin gecikməsi
  • Nitqin yaşına uyğun, anlaşılan olmaması
  • Danışanda yüksək səslə və ya əksinə çox aşağı tonda danışması
  • Danışanda bəzi səslərin atlamasl
Valideynin uşağı “ Sadəcə eşitmək istədiyi şeyləri eşidir” kimi təsvir etməsi Xüsusilə də yarımçıq doğulmuş, reanimasiyada 5 gündən çox qalan, ailəsində eşitmə qüsuru problemli şəxs olan, uzun müddət oksigen müalicəsi alan, bətndaxili infeksiya problemi ilə doğulan, baş travması alan, eşitmə sinirinə təsir edən antibiotik alan (amikacin, gentamicin) , təkrarlayan və 3 aydan uzun davam edən otit - orta qulaq iltihabı keçirən , nitqi ləngiyən,gec danışan uşaqlar eşitmə müayinəsindən mütləq keçməlidirlər. 


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img