Yağlı- yağsız, duzlu- duzsuz,kalorili- kalorisiz, mikroblu- mikrobsuz Ana südü olmur.
Bu yanlış təsəvvürlərə görə neçə- neçə uşaq bu ne'mətdən məhrum olur boşuna...Onsuzda psixologiyası gərilmiş, ruhu yorulmuş, yeni ana olmuş qadınlara kənardan bu cürə mənfi fikirlərlə mənəvi basqı etməkdənsə, öz övladına bu dəyərli ne'məti verə bilməsi üçün onlara mənəvi dəstək olaq...
Yalnız aşağıdakı səbəblərə görə Ana öz övladına süd verə bilməz
-Anada HİV infeksiyası (QİÇS)
-Müalicə edilməmiş Bruselyoz (müvəqqəti)
-Aktiv Vərəm (müvəqqəti)
-Gilə ucu herpes səpgiləri olan Analar (müvəqqəti)
-Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti)
-Onkoloji müalicə (sitostatiklər) Qızıl preparatları ,Yod əsaslı X-şüalı kontrast məhlul alan analar (müvəqqəti)
-SMV seropozitiv anaların 1500 gr az və ya 32 həftədən tez doğulan uşaqlar
-H1N1 infeksiyası keçirən analar qızdırma düşüncə qədər (müvəqqəti)
-Süd vəzi absesi olan ana (müvəqqəti)
-Şizofreniyalı Ana ( övladına zərər verə bilər)
Ən çox sual verilən digər məqamlar.
-Rezus mənfi ana
-Mastitl i( süd vəzisi şişkinləşmiş, qızarmış,qızdırma verən) ana (əksinə bol- bol əmizdirməlidir)
-Qızdırmalı Ana
-Hamilə Ana ( Obstetrik risk daşımırsa ) övladına süd verə bilər.