Əziz Analar coxlarinizi maraqlandiran sual oldugunu nəzərə alaraq bu gün bu barede danişmaq qerarına gəldim.
Deməli belə,Ana südü ilə qidalanan uşaqlara:əgər süd yetərli isə,uşaq hər ayina uygun kilo artirirsa südlə birlikdə su vermək lazim deyil.Su onlari xəstə edəcəyi üçün deyil,mədələrini boşuna su ilə doldurmaq əvəzinə susuzluklarini ana südü ilə aradan qaldirmaq istıdiyimiz ücün məsləhət bilmirik.Amma uşaq xəstədirsə,hər hansi bir özəl durumu varsa,süni qarişiq yeyirsə,və ya əlavə yemək alirsa o zaman uşaga mutləq su verilməlidir.
ƏLAVƏ QİDA YEYƏN UŞAQLARA VERİLƏN SUYUN MİQDARİ NƏ QƏDƏR OLMALİDİR?
Ana südünə əlavə olunmuş meyvə,tərəvəz,qati qidalar kimi başqa elavə yemək yeyən uşaqlara mütləq su vermək lazimdir.Əgər ilk 6 ay içində bir körpə isə və həm ana südü,həm süni yemək alirsa,cox su verməyə gərək yoxdur.Süni qidalardan sonra bir necə qaşiq su vermək kifayət edir.gündəlik təxminən 40-50 ml.Həm ana südü,həm süni yemək alan bir körpədə qəbizlik yoxdursa maye qebulunun kifayət qədər oldugunu göstərir.Qəbizlik varsa mayə qəbulunu artirmaq lazimdir.
Xəstəlik dövründə,xüsüsilə qizdirmali vaxtda su istifadəsi cox artir.Xəstəlikdə bədən cox su istifadə edir və qizdirma düşəndə bu suyu tərlə atir.Beləliklə qizdirmali vəziyyətlərdə və xüsusilə yay aylarinda ishalda varsa suya olan tələbat 100%-ə qədər arta bilər.
Mayenin Qəbul Miqdarları və Meyarları:
Su istehlakı şübhəsiz hər uşağın yaşına, cinsiyyətinə, kilosuna, boyuna və fəaliyyət səviyyəsinə görə dəyişir. Ancaq yenə də hər uşağın mütləq alması lazım olan bir ‘su' miqdarı var.. Məsələn hər 100 kaloriyə 100 ml maye verilməsi normal qəbul edilir.
• 6 -12 ay arasında: 30 ml ilə 100 ml
• 1-3 yaş arasında: 1-3 litr
• 4-8 yaş arasında: 1-4 iltrə
• 9-13 yaş arasında: 1-2 litr
Su Vermə Zamanı:
Körpəniz 6-12 aylıqkən, qatı qidalara başlandıqdan sonra, körpənizə hər 3 saatda bir yeməkdən sonra su verməniz lazımdır. Uşağınız 1-5 yaş arasında isə hər 2-3 saatda bir yemək sonlarında 100 ml su verməyi laqeyd yanaşmayın.