Sizi Beşikdə böyütdük,bələdik,noluub sizə?Uşaq Bələnməlidir!!)
-Uşağa ilk 6 ay su vermə nədi uşağın ciyəri yanar)
-Ev yeməklərindən daddır,uşağın ağız dadı öyrəşsin.
-Südün durudur yağsızdır,sənin südün kalorisizdir vermə uşaq arıq olar
-Göbək yırtığına qəpik bağlamaq lazımdır.
-Yayda uşağa müalicə olmaz.
-40 Günə qədər uşağı çimdirməzlər,dırnağını kəsməzlər,40 gün tamamında Başını qırxarlar,çiməndədə qulağa pambıq,buruna pambıq,göbəyə pambıq....
-Soyuq havada uşağı bayıra çıxarmazlar
-Qızdırmalananda sidiyi ilə,sirkə ilə silərlər,Banka qoyar,yod kletka edərlər
-Qarnı getdi,qusdu,nəbadə uşaq əlini burnuna apardı,1-2 dəfə səhvən asqırdı ÇÖPÜ qaldı.....Aparaq FatmaNisə xala "gözəl" nəfəsini uşağa versin "möcüzə"olacaq.
21 ci əsr.....Elmi-texniki tərəqqi....Günü gündən inkişaf edən Tibb elmi....Yeniliklər....Əksi sübuta yetirilmiş bu cəfəngiyyat düşüncələrdən qurtulmanın zamanıdır artıq. Yalnışlıqlar....Müdaxilələr....Və.Zərər görən yenədə günahsız körpələr.